Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda polis yol qəzasının qurbanı oldu

Bakıda polis yol qəzasının qurbanı oldu


4-01-2016, 12:36. Yazar: Xeberaz
Bakıda polis yol qəzasının qurbanı oldu

Bakının Nizami rayonu ərazisində baş verən yol qəzası nəticəsində polis əməkdaşı dünyasını dəyişib. Xeberaz.az-ın virtualaz.org-a istinadən məlumatına görə, bunu Nizami Rayon Polis İdarəsindən bildiriblər.

Yanvarın 4-nə keçən gecə, saat 00.50-də Füzuli küçəsindəki 69 saylı binanın qarşısında Seyran Seyidovun idarə etdiyi "Kia Cadenza" Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus "Volswagen Polo" markalı xidməti maşınla toqquşub.

Nəticədə "Volswagen Polo"nun sürücüsü, polis serjantı, 1984-cü il təvəllüdlü Şirinov İsa Süleyman oğlu hadisə yerində keçinib, onun sərnişini-1982-ci il təvəllüdlü Ələkbərov Bəhram Əzizağa oğlu isə beyin-kəllə xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda qəzanın təfərrüatları araşdırılır.
Geri dön