Ana Sayfa > Karusel / Hadisə / Dünya / Fotogalereya > Türkiyə Azərbaycan vətəndaşlarını Yəməndən çıxardı

Türkiyə Azərbaycan vətəndaşlarını Yəməndən çıxardı


6-04-2015, 12:41. Yazar: Xeberaz
Türkiyə Azərbaycan vətəndaşlarını Yəməndən çıxardı
“Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”.

Yəmənin paytaxtı Sana şəhərindəki bütün azərbaycanlılar oradan çıxarılıb.

Xeberaz.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Yəməndə də akkreditə olunmuş Səudiyyə Ərəbistanındakı səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib.

Konsul bildirib ki, sonuncu azərbaycanlıların Yəməndən çıxarılmasına Türkiyə dövləti kömək edib:

“Dünən 7 nəfər azərbaycanlı Sana aeroportundan Türkiyə tərəfinin vasitəsilə təxliyyə olunub. Onlar təyyarə ilə birbaşa İstanbul şəhərinə uçublar. Hazırda Sana aeroportunda təxliyyə olunmağı gözləyən azərbaycanlı yoxdur”.

Xatırladaq ki, aprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən çıxarılıb.
Geri dön