Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > “Kapital Bank” işçi axtarır – VAKANSİYA

“Kapital Bank” işçi axtarır – VAKANSİYA


3-01-2016, 18:24. Yazar: Xeberaz
“Kapital Bank” işçi axtarır – VAKANSİYA
“Kapital Bank” əməliyyatlara nəzarət üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edib. Bankdan fins.az-a verilən məlumata görə, ali iqtisadi və ya riyazi təhsilli, banksahəsində 2 illikiş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri
Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək;
Bank əməliyyat sistemi və digər əməliyyat sistemlərinin rekonsilasiyası;
Filiallarda olan əməliyyat işçilərinin işinə funksional nəzarət etmək.
Namizədə dair tələblər
İqtisadi və ya riyazi sahədə ali təhsil;
Məsuliyyətlilik və dəqiqlik;
Bank işi üzrə biliklər (ön və arxa ofis sahələri);
Analitik düşünmə qabiliyyəti və problem həlletmə bacarığı;
Fərdi və komanda şəklində işləmək bacarığı;
Bank sahəsində 2 illik iş təcrübəsi;
Azərbaycan dilini əla və Rus dilini yaxşı bilmək.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərə bilərlər.
Əlaqə tel: 196
fins.az
Geri dön