Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Mərkəzi Bankın 10 milyard dolları "buxarlanıb"

Mərkəzi Bankın 10 milyard dolları "buxarlanıb"


3-01-2016, 18:21. Yazar: Xeberaz
Mərkəzi Bankın 10 milyard dolları "buxarlanıb"
2015-ci ilin sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 milyard ABŞ dollarınadək düşüb.
Xəbəraz.az “Marja”ya istinadən xəbər verir ki, bu barədə “Mərkəzi Bankın 2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında” deyilir.
Qeyd edək ki, 30 Noyabr 2015-ci il tarixində Mərkəzi Bankını valyuta ehtiyatları 6 milyard 245.6 milyon dollar idi. Beləliklə, Dekarda valyuta ehtiyatlarının 1 milyard 245,6 milyon dolları “əriyib”.
Mərkəzi Bankın valyuta ehtiytaları 31 İyul 2014-cü il tarixində 15 milyard 193.4 milyon dollara çıxmışdı. Ötən 1 il 5 ayda valyuta ehtiyatlarının 10 milyard 193,4 milyon dolları “buaxarlanıb”.
2015-ci ildə Mərkəzi Bankın valyuta bazarında satışları 8 milyard ABŞ dollarını ötüb.
Geri dön