Ana Sayfa > Karusel / İqtisadiyyat / Maraqlı / M2 / Fotogalereya / Texnologiya > Tarix boyu istehsal edilmiş ən dəbdəbəli və bahalı mobil telefonlar - TOP 10 (FOTO)
Tarix boyu istehsal edilmiş ən dəbdəbəli və bahalı mobil telefonlar - TOP 10 (FOTO)2-01-2016, 20:32. Yazar: Murad |
Sizcə, mobil telefon neçəyə olmalıdır? Təqdim edəcəyimiz telefonların qiymətləri ilə tanış olduqdan sonra "mağazada hansı qiymətə desələr, həmin qiymətə də olmalıdır" cavabı ilə razılaşanlar, hər halda, çox olacaq. Xəbəraz.az sizə tarix boyu hazırlanmış ən dəbdəbəli və bahalı mobil telefonların siyahısını təqdim edir. 10. "Vertu Signature Cobra" – 310 000 dollar Cəmi 8 ədəd istehsal edilən bu telefon bahalı daşlarla bəzədilib. Telefon üzərində iki zümrüd olan kobrayabənzər ağ brilyantla öyünə bilər. 9. «Gresso Luxor Las Vegas Jackpot» – 1 milyon dollar Telefonun üz paneli 45.5 karatlıq qara brilyant, onun bel hissəsi isə 200 yaşlı Afrika çəhrayı ağacından hazırlanıb. 8. «Diamond Crypto Smartphone» – 1.3 milyon dollar Telefon 10-u mavi olmaqla, ümumilikdə 50 brilyantla bəzədilib. Telefon kimi istifadə edə bilməsəniz belə, o, sizin üzərinizdə böyük bir sərvət deməkdir. 7. «GoldVish Le Million» – 1.45 milyon dollar 18 karatlıq qızıl, 120 karatlıq brilyantla örtülü olan bu telefondan cəmi 3 ədəddir. 6. «iPhone 6» – 2.5 milyon dollar Telefonun korpusu 18 karatlıq qızıl, 6127 ədəd brilyantla bəzədilib. 5. «iPhone 3G Kings Button» – 2.5 milyon dollar Telefon 138 brilyantla haşiyələnib, 18 karat sarı, ağ və çəhrayı qızıldan hazırlanıb. 4. «Supreme Goldstriker iPhone 3G» – 3.2 milyon dollar Telefon 22 karat qızıl, 136 brilyantla örtülüdür. 3. «Diamond Rose iPhone 4 32GB» – 8 milyon dollar Telefon üz hissəsinin hər biri 100 karat olan 500 brilyantdan ibarətdir, arxa paneldə isə 53 brilyant yerləşir. 2. «iPhone 5 Black Diamond» – 15 milyon dollar Telefonun arxa paneli təmiz 24 karatlıq qızıldan ibarətdir. Çərçivəsi 600 ağ qızıldan hazırlanıb. 1. «Falcon SuperNova Pink Diamond iPhone 6» – 45.5 milyon dollar Arxa şüşədə yer alan nadir çəhrayı brilyant qiymətin belə baha olmasının səbəblərindən biridir. Geri dön |