Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya / M2 > Amerika neft ixracına başladı –QİYMƏTLƏRƏ YENİ ZƏRBƏ

Amerika neft ixracına başladı –QİYMƏTLƏRƏ YENİ ZƏRBƏ


2-01-2016, 14:48. Yazar: Murad
Amerika neft ixracına başladı –QİYMƏTLƏRƏ YENİ ZƏRBƏ
Dünyanın neft bazarında növbəti yenilik baş verib. Amerika Birləşmiş Ştatları 40 illik böyük fasilədən sonra yenidən xaricə neft ixracına başlayıb. Xəbəraz.az-ın məlumatına görə, bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə, neft daşıyan tanker Korpus-Kristi limanından yola salınıb. Limanın sahibi olan NuStar Energy şirkətinin nümayəndəsi bildirib ki, tankerdəki neft və qaz kondensatı İtaliya limanlarına daşınacaq. Neftin alıcısı isə İsveçrənin «Vitol Group» şirkətidir.
«Bloomberg» qeyd edir ki, yaxın günlərdə Hyuston limanından neft xammalı ilə dolu daha bir tanker yola düşəcək. Xatırladaq ki, dekabrın 24-də elan edilmişdi ki, Texasın Enterprise Products şirkəti İsveçrədəki neftayırma zavodlarına 600 min barel neft ixrac etmək barədə müqavilə bağlayıb. Oradan dizel və başqa yanacaq növləri Şimal Avropaya göndəriləcək.
Ekspertlər ABŞ-ın neft ixracına başlamasını neftin qiymətinə mənfi təsir edəcəyini gözləyirlər. Bu amil, İranın neft bazarına çıxması ilə yanaşı dünyanın neft bazarında qiymətləri aşağı sala bilər. Artıq bəzi proqnozlara görə dünya bazarında neft 15-20 dollaradək ucuzlaşacaq.
Geri dön