Ana Sayfa > Karusel / Hadisə / M2 > Yeni il gecəsi Abbasov barmağını itirdi

Yeni il gecəsi Abbasov barmağını itirdi


1-01-2016, 15:42. Yazar: Xeberaz
Yeni il gecəsi Abbasov barmağını itirdi
Fişəng onun barmağını qoparıb.
Tovuz rayonunda fişəng partladan sakin xəstəxanalıq olub.
Xeberaz.az-in məlumatına görə, hadisə Abulbəyli kəndində qeydə alınıb. 1960-cı il təvəllüdlü Münasib Abbasov Yeni il gecəsi fişəng partlatmaq istəyərkən xəsarət alıb. Belə ki, fişənq onun əlində partlayıb və nəticədə Abbasov sol əlindən yaralanıb.

Yaralını dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxananın baş həkimi Mahirə Quliyevanın sözlərinə görə, Münasib Abbasov xəstəxanaya ağır vəziyyətdə gətirilib:

"Xəstə fişəng partladarkən partlayıcı maddə sol əlinin baş barmağını qoparıb. Onun bu barmağı ampulasiya olunub. Hal-hazırda vəziyyəti qənaətbəxşdir", - deyə tibb işçisi bildirdi.

Faktla bağlı araşdırma aparılır.
Geri dön