Ana Sayfa > Karusel / Hadisə / M2 > Şirvan sakini arvadına 9 bıçaq zərbəsi vurdu
Şirvan sakini arvadına 9 bıçaq zərbəsi vurdu1-01-2016, 14:07. Yazar: Xeberaz |
Hadisə ailə münaqişəsi zəminində baş verib. Şirvanda bıçaqlanma hadisəsi baş verib. Xeberaz.az xəbər verir ki, Şirvan polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə saat 17.00 radələrində Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Hüseynova Xanpəri Xanoğlan qızı həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Aslan Yaşılxan oğlu tərəfindən bıçaqlanıb. 9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb. A. Əsədov hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Geri dön |