Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakı yollarında sürət həddi dəyişdi

Bakı yollarında sürət həddi dəyişdi


1-01-2016, 12:25. Yazar: Xeberaz
Bakı yollarında sürət həddi dəyişdi

Yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.

Xəbəraz.az-in Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, hava şəraiti ilə bağlı olaraq Böyükşor-Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

Eyni zamanda Zığ dairəsi - Hava limanı avtomobil yolunda isə sürət birinci zolaqda 120 km/saatdan 100 km/saata, ikinci zolaqda 100 km/saatdan 80 km/saata, üçüncü zolaqda isə 80 mk/saatdan 60 km/saata qədər azaldılıb.

Hava şəraiti normallaşan kimi sürət həddi yenidən bərpa olunacaq.
Geri dön