Ana Sayfa > Karusel / Fotogalereya / Texnologiya > “Windows 10” 200 milyondan cihaza yüklənib - REKORD

“Windows 10” 200 milyondan cihaza yüklənib - REKORD


31-12-2015, 16:28. Yazar: Xeberaz
“Windows 10” 200 milyondan cihaza yüklənib - REKORD

“Microsoft” korporasiyasının yeni “Windows 10” əməliyyat sistemini artıq 200 milyondan artıq avadanlığa yüklənib.

İKT.lent.az-ın məlumatına görə, bu barədə “WinBeta” portalı özünün “Microsoft”dakı mənbələrinə istinadən xəbər verib.

Xatırladaq ki, 2015-ci ilin oktyabr ayında “Microsoft” şirkətinin mətbuat xidməti rəsmi olaraq bildirib ki, “Windows 10” əməliyyat sistemi 110 min dəfə yüklənib. Belə bir nəticəyə yeni əməliyyat sistemi istifadəyə verildikdən 3 ay sonra nail olmaq mümkün olub.

“WinBeta” portalının məlumatına görə, bu göstərici səhəri gün 2 dəfə artıb. Belə ki, “Windows 10” yalnız stolüstü kompüterlərə yüklənmir. Sistem smartfonlar, planşet və “Xbox” oyun cihazlarında da istifadə olunur.

“Windows 10” istifadəsinin templəri həqiqətən heyranedicidir. Orta statistika göstərir ki, bu əməliyyat sistemini ayda 40 milyon dəfə yükləyirlər. “Microsoft” korporasiyasının strateji məqsədi 1 milyard istifadəçidir ki, buna da şirkət bu templə 25 aya nail olacaq.

Gözlənilir ki, “Windows 10” əməliyyat sisteminə növbəti ciddi marağın olması 2016-cı ilin yay aylarının əvvəlində olacaq. Çünki məhz bu zaman müəssisələr üçün kütləvi “Redstone” yenilənməsi istifadəyə veriləcək.
Geri dön