Ana Sayfa > Karusel / Gündəm / M2 > Pasport almaq istəyənlərə şad xəbər

Pasport almaq istəyənlərə şad xəbər


30-12-2015, 14:50. Yazar: Xeberaz

Pasport almaq istəyənlərə şad xəbər

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və regional şöbələri bayram günlərində də işləyəcək.

DİN-dən bildirilib ki, 31 dekabr 2015-ci il və 1, 2, 3, 4 yanvar 2016-cı il tarixlərində ümumvətəndaş pasportu almaq və ya hazır pasportları götürmək üçün müraciətlər qəbul olunacaq.

Qeyd edək ki, idarə və şöbələr həftə içi və şənbə günü 09:00-18:00-dək, bazar günü isə 11:00-17:00-dək fəaliyyət göstərəcək.
Geri dön