Ana Sayfa > Karusel / M2 / Foto-fakt > Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışda

Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışda


29-12-2015, 17:30. Yazar: Xeberaz
Vergidən yayınan daha bir iş adamı beynəlxalq axtarışda

Azərbaycan hüquq-mühafizə orqanları vergidən yayınan iş adamını axtarışa verib.
Xeberaz.az-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 37 yaşlı Rüfət Vəliyev külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir. O, Azərbaycanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
R. Vəliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda vergidən yayınan xeyli sayda iş adamı İnterpol xətti ilə axtarışa verilib.
Geri dön