Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda hava şəraiti kəskin pisləşəcək – XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti kəskin pisləşəcək – XƏBƏRDARLIQ


29-12-2015, 14:29. Yazar: Xeberaz
Azərbaycanda hava şəraiti kəskin pisləşəcək – XƏBƏRDARLIQ
Yeni ildə qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən Xeberaz.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 30-u axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dekabrın 31-dən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti yanvarın 3-dək davam edəcək.

Azərbaycanın rayonlarında dekabrın 30-da günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, fasilələrlə yağış, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Qeyri-sabit hava şəraiti yanvarın 4-dək davam edəcək.
Geri dön