Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 / Xəbəraz TV > Kayahan torpağa tapşırıldı- Ərdoğan dəfndə - FOTO, VİDEO

Kayahan torpağa tapşırıldı- Ərdoğan dəfndə - FOTO, VİDEO


4-04-2015, 23:20. Yazar: Xeberaz
Kayahan torpağa tapşırıldı- Ərdoğan dəfndə - FOTO, VİDEO
Dünən vəfat edən məşhur türkiyəli müğənni Kayahan son mənzilə yola salınıb.

Xeberaz.az Cihan xəbər agnetliyinə istinadən məlumatına görə, dəfnə qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənazə namazı da qılıb.

66 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən Kayahanla vida mərasimi Teşvikiye məscidində keçirilib. Mərasimə onun xanımı İpek Açar, qızları Adlı Gönül və Beste, tanınmış sənətçilər Hakan Peker, İskender Paydaş, Oya Başar, Erol Evgin və başqaları qatılıblar.

Mərasimdə Ərdoğan da iştirak etdiyinə görə məscid ətrafında təhlükəsizlik tədbirləri gücəndirilib.

Kayahanın türk bayrağına sarınan tabutu çiçəklərlə bəzədilib. Mərhum müğənninin cənazəsi Kanlıca qəbiristanlığında torpağa tapşırılıb.

Geri dön