Ana Sayfa > Karusel / Gündəm / M2 > Əfv sərəncamının icrasına başlanıldı

Əfv sərəncamının icrasına başlanıldı


29-12-2015, 10:33. Yazar: Xeberaz
Əfv sərəncamının icrasına başlanıldı
Onların arasında xarici ölkə vətəndaşları da var.

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb.

Xeberaz.az xəbər verir ki, prezident İlham Əliyevin dekabrın 28-də imzaladığı sərəncam ümumilikdə 210 nəfərə şamil edilib.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 198 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 9 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv olunalar arasında xarici ölkə vətəndaşları da var.
Geri dön