Ana Sayfa > Karusel / M2 / Texnologiya > İşıqlar sönəndə telefonun enerjisini necə qorumalıyıq?

İşıqlar sönəndə telefonun enerjisini necə qorumalıyıq?


4-04-2015, 18:54. Yazar: Xeberaz
İşıqlar sönəndə telefonun enerjisini necə qorumalıyıq?

Elektrik kəsiləndə telefonun batareyasınn enerjisini necə saxlamaq lazımdır?

Bildiyimiz kimi, qardaş Türkiyə yaxınlarda böyük elektrik kəsilməsi hadisəsini yaşayıb. Həyat tamamilə dayandı və telefonlarda enerjini qorumaq üçün hərə bir üsul axtarmağa başladı.

Ağıllı telefonlarda" enerji qənaətini təmin etmək və doldurulma müddətini uzatmaq üçün edilməsi vacib olan bir neçə əməliyyat var.

Simsiz məlumatötürmə vasitələri ağıllı telefonlarda ən çox enerji xərcləyən xüsusiyyətlər arasında yer alır. Ağıllı cihazınızda 3G, Wi-Fi və Bluetooth əlaqə vasitələrini bağlamaqla telefonunuzda batareyanın qənaət edilməsini təmin edə bilərsiniz.

Lokasiya xidmətləri də çox enerji xərcləyən xüsusiyyətlərdəndir. Bu xidmətləri söndürdükdə sizin telefonun enerjisinin 20%-a qədər qorunmasına nail ola bilərsiniz. Ekran parlaqlığını azaltmaq da telefonunuzun xərcləyəcəyi enerjinin miqdarını endirməyə kömək edən xüsusiyyətlərdən biridir.
Geri dön