Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı

Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı


27-12-2015, 13:18. Yazar: Xeberaz
Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı
Faktla bağlı araşdırma aparılır.

Payaxtda evdən xeyli miqdarda qiymətli əşyalar oğurlanıb.

Xeberaz.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində baş verib.

Həmin küçədə yaşayan Əliyev Elxan Zülfi oğlu polisə müraciət edərək bildirib ki, dekabrın 27-nə keçən gecə saat 23 radələrində naməlum şəxs və ya şəxslər evin nəfəsliyinin dəmir barmaqlıqlarını qıraraq mənzilə daxil olublar. Evdən 11 min manat dəyərində qızıl-zinət əşyaları, 700 manat nəğd pul, İtaliya istehsalı olan tapança və dəyəri 5 min manatdan çox olan qoşalülə tüfəng oğurlanıb.

Müraciət əsasında araşdırma aparılır.
Geri dön