Ana Sayfa > Karusel / İdman / M2 / Xəbəraz TV > Zabit Səmədov 7 il əvvəlki məğlubiyyətin intiqamını belə aldı (VİDEO)

Zabit Səmədov 7 il əvvəlki məğlubiyyətin intiqamını belə aldı (VİDEO)


27-12-2015, 12:51. Yazar: Xeberaz
Zabit Səmədov 7 il əvvəlki məğlubiyyətin intiqamını belə aldı (VİDEO)


Azərbaycan əsilli döyüşçü Zabit Səmədov daha bir möhtəşəm qələbə qazanıb.

Xeberaz.az-in məlumatına görə, bu gecə 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb.

"Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində "Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb. Rəqibi ilə ilk dəfə 23 İyun 2007-ci il tarixində Amsterdamda qarşılaşan Zabit həmin qarşılaşmada elə ilk raundaca nakauta düşərək məğlub olmuşdu.

Bu dəfə isə hər şey fərqli olub. Həmyerlimiz 5 raund döyüşərək sonda qələbəni bayram edən tərəf olub. Qarşılaşmanın sonunda 3 hakimin ortaq qərarı ilə qalib elan olunan Zabit beləcə revanş döyüşündən üzü ağ çıxıb

Geri dön