Ana Sayfa > Karusel / Dünya / M2 / Foto-fakt > İŞİD halal toyuqları da yandırdı

İŞİD halal toyuqları da yandırdı


4-04-2015, 18:47. Yazar: Xeberaz
İŞİD halal toyuqları da yandırdı

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Hələb şəhərində yüzlərlə qutu toyuq ətini zibilxanaya apararaq yandırıb.

İllərdən bəri qanlı vətəndaş müharibəsinin girdabında qovrulan Suriyada 650 min insan aclıq çəkdiyi üçün beynəlxalq təşkilatlar bu ölkəyə humanitar yardımlar yollayırlar.

Həmin yardımlar arasında toyuq əti də var.

Al Jazeera bildirir ki, İŞİD mənsubları isə həmin toyuq ətinin ABŞ-da istehsal olunduğu və qutuların üzərində "halal" yazılsa da, "əslində həmin ətlərin haram" olduğunu bəyan edərək əti yandırıb.

Bu qərarı İŞİD-in "Şəriət polisi" sayılan "Əl Həsbah" dəstəsi qəbul edib.

İŞİD ələ keçirdiyi ərazilərdə yaşayan suriyalılar ABŞ-da istehsal olunmuş ərzaq məhsullarından istifadəni qəti qadağan edib.

ABŞ isə bildirib ki, Suriyaya beynəlxalq humanitar yardım çərçivəsində göndərilən toyuq əti İllinoys ştatındakı fermalarda islam qaydalarına uyğun olaraq hazırlanıb, ABŞ-ın Ərzaq Məhsullarına Nəzarət Agentliyi tərəfindən yoxlanılıb və "halal" kateqoriyasına aiddir.

Geri dön