Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bazarda od tutub yanan qiymətlər (VİDEO)
Tarix: 26-12-2015 | Saat: 11:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Bazarda od tutub yanan qiymətlər (VİDEO)

Bayramqabağı artım nə alıcının, nə də satıcının ürəyincədir.
Manatın üzən məzənnəyə keçməsi və dəyər itirməsi artıq bütün sahələrdə olduğu kimi meyvə-tərəvəz bazarındakı qiymətlərə də öz təsirini göstərib.

Bayramqabağı olmasına baxmayaraq, qiymətlərin artması səbəbindən alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb. Mövcud vəziyyət Yeni il öncəsi alverin artacağını düşünən satıcıları da təssüfləndirir.

Əsasən qiymət artımı xaricdən gətirilən mallarda nəzərə çarpır. Bu mallar qonşu ölkələrdən gətirilən sitrus meyvələri, kivi, banan və adətən bayramqabağı tələbatın çoxaldığı çərəz məhsullarıdır.

Türkiyədən gələn portağaldan başqa bazarda qiyməti artan digər məhsullar arasında kartof, soğan yumurta və digərləri var. Məsələn, əvvəl kilosu 75 qəpiyə satılan kartof indi 1 manata təklif olunur. Devalvasiyadan öncə 18 qəpiyə olan kənd yumurtası indi 22 qəpikdən satılır.

Yerli alma çeşidlərinin mövcud qiymətləri isə azı 20-50 qəpik arasında artıb. Yəni 50 qəpiyə olan alma 1 manata, 1 manata satılan isə 1 manat 50 qəpiyə qalxıb.

Bazarda od tutub yanan qiymətlər (VİDEO)
Devalvasiyadan sonra məhsulların qiymət dəyişikliyi.

Alıcılar da bazarlarda qiymətlərin bahalığından şikayətlənirlər.
Devalvasiyanın təsirinin zəif hiss olunduğu məhsullar isə isə ət, toyuq, göy-göyərti, bal və satıcının öz bağından gətirdiyi meyvədir.

Ümumilikdə isə manatın devalvasiyasının bazara təsiri iqtisadi qanunauyğunluq çərçivəsindədir. Yəni məhsul yerli istehsal olsa belə istehsalçının ümumi xərcləri artığı üçün o da qiyməti artırır.



Xəbəri paylaş

6758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___