Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Banklardan dollar krediti olanlara şad xəbər: güzəşt olacaq (VİDEO)
Tarix: 25-12-2015 | Saat: 14:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Banklardan dollar krediti olanlara şad xəbər: güzəşt olacaq (VİDEO)

Ölkəmizdə baş verən sonuncu devalvasiya banklardan dollarla kredit götürənləri çətin vəziyyətə salıb. İndi vətəndaşlar götürdükləri puldan 47% daha çox pul ödəməli olublar.

Bununla belə, banklardan dollarla kredit götürənlərə xoş xəbər də var. Bəzi banklar müştərilərinin krediti daha aşağı məzənnə ilə qaytarması üçün iş aparır.

Dollarla krediti olan müştərilərə şad xəbər bank rəsmilərindən gəldi. Belə ki, banklar müştəriləri üçün müxtəlif islahatlar aparmağı planlaşdırır. Məsələn, VTB Azərbaycan bankının sədri müştərilərin ödəmə qabiliyyətini nəzərə alan təkliflər üzərində işlədiklərini deyib.

Sorğumuza cavab verən Unibank və NBC bank da dollarla kredit verdikləri müştəriləri üçün islahatların hazırlandığını və yaxın günlərdə açıqlanacağını bildirir. İqtisadçılar isə müştərilərin ödənişini rahatlaşdırmaq üçün bir sıra üsulların olduğunu bildirir.

Mütəxəssislər bankların onsuzda verdikləri kreditlərdən kifayət qədər pul qazandığını və bu şəraitdə vətəndaşlara güzəştə getməli olduğunu bildirir.


Xəbəri paylaş

1 1088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___