Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İspanəsilli gözəldən etiraf: "Ərim daim yanımdadır..."
Tarix: 24-12-2015 | Saat: 10:34
Bölmə:Karusel / Şou-Biznes / Maraqlı / M2 / Xəbəraz TV / Müsahibə | çapa göndər

İspanəsilli gözəldən etiraf: "Ərim daim yanımdadır..."

Çılğın və səmimi, fədakar və romantik kinoaktrisa, müğənni, fotomodel, o cümlədən, dizaynerliklə məşğul olan Nataliya Oreyro 1977-ci il mayın 19-da Uruqvayda dünyaya gəlib.

Aktrisa 90-cı illərdə çəkildiyi “Varlılar və tanınmışlar”, “Vəhşi mələk” seriallarındakı rolları ilə milyonların sevimlisinə çevrilib. Çoxları aktrisanı hələ də “Vəhşi mələk”dəki Milaqros adı ilə xatırlayır və Fakundo Arananın onun real həyatda nişanlısı olduğunu zənn edir. Ancaq aktrisa 15 ilə yaxındır ki, Rikardo Molo ilə evlidir. Cütlüyün bu nikahdan bir oğlu var.

Xeberaz.az-ın “Kokteyl” layihəsi çərçivəsində aktrisanın Rusiya mətbuataına verdiyi müsahibəni təqdim edirik:

- Nataliya, oğlunuz dünyaya gəldikdən sonra əvvəlki həyatınıza qayıtmaq nə dərəcədə çətin oldu?
- Oğlum anadan olandan cəmi bir neçə ay sonra işə başladım, həyatım əsl xaosa çevrilmişdi. Hətta işlərin çoxluğundan oğlumun ilk doğum günündə belə iştirak edə bilməmişdim. Şükürlər olsun ki, atası onu tək qoymamışdı. Oğlumun hərarəti qalxanda da onun yanında deyildim. Üzümə qrim edirdilər, mən isə oğluma baxa bilmədiyim üçün ağlayır, özümü saxlaya bilmirdim. Həyat yoldaşım hər 5 dəqiqədən bir zəng edib məni sakitləşdirməyə çalışır, oğlumun həkim nəzarətində olduğunu söyləyirdi. Həkim özü də məni inandırırdı ki, hər şey qaydasındadır: “Əgər hərarəti varsa, deməli, orqanizmi xəstəliklə mübarizə aparır” – deyirdi. Amma mən yenə də əzab çəkirdim. Yaxşı ki, film istehsalçıları məni evə tez buraxdı.

- Oğlunuz artıq böyüyüb, yəqin, indi belə problemlər olmur?
- Bəli, ilk növbədə ona görə ki, mən daha mütəşəkkil oldum, indi vaxtımı düzgün planlaşdırmağı öyrənmişəm. Amma gözlənilməz layihələr olanda qrafikimdə dolaşıqlıq yaranır. 2013-cü ildə dörd il müddətinə televiziya layihələrini dayandırmaq qərarına gəldim, çünki balaca uşaqla işləmək çətindir. O, mənim üçün, mən də onun üçün darıxıram. Uşağın hər şeydən əvvəl qayğıya ehtiyacı var.

- Vaxtınızı necə bölüşdürürsünüz?
- Biz prodüserlərlə mənim iş qrafikimi əvvəlcədən razılaşdırdıq. Nahar zamanı qrim otağında oturub öz mətnim üzərində çalışırdım. Nəticədə, evdə buna əlavə vaxt sərf etmirdim. Axşam da oğlum Ata ilə kitabxanaya gedir, onun sevdiyi kitabları alırdıq. Orada oğlumla atasının ona hansı nağılı oxuyacağına qərar verirdik. Cümə günləri evə günorta getdiyim üçün boş vaxtım çox olur. Rikardo da bütün məsələlərdə mənə kömək edir. O, gözəl atadır! O, Atanı uşaq bağçasına aparır, axşam evə gətirir, bütün tərbiyəçiləri tanıyır, üstəlik, valideyn iclasına da gedir.

- Siz işə gedəndə oğlunuz necə reaksiya verir?
- Ata çox darıxır və tez-tez şikayət edir: "İstəmirəm ki, sən çox çalışasan! Onsuz da oyuncaqlarım çoxdur, daha heç nə lazım deyil”. Oğluma gördüyüm işi sevdiyimi izah etdim. Ümidvaram ki, başa düşdü.

- Siz oğlunuzu Ata deyə çağırısınızsa, səhv etmirəmsə, onun adı Merlindir.
- Oğlum özünə ad seçmişdi. Bir dəfə biz avtomobildən düşəndə sürücü vidalaşarkən dedi: "Çao, Merlin!" Oğlum isə cavab verdi: "Mənim adım Атауалпаdır". Sonra biz onunla bu epizodu müzakirə etdik və oğlum dedi ki, Merlin onun uşaqlıq adıdır. Böyüdüyü üçün adını dəyişib Ataualpa qoyub. Rikardo təəccübləndi, amma etiraz etmədi. Beləcə, həyat yoldaşım oğluma Ata adını qoydu. (Gülür)

- İkinci uşaq haqqında düşünmürsünüz?
- Hazırda biz Rikardo ilə bu barədə fikirləşmirik. Mən özümü xoşbəxt hiss edirəm, bütün boş vaxtını Ata ilə keçirmək istəyirəm. Amma kim bilir, həyat gözlənilməz hadisələrlə doludur.

- Siz Rikardo ilə uzun illərdir birlikdəsiniz. Münasibətləriniz indi necədir?
- 14 ildir ki, evliyik. Biz onunla yalnız ər-arvad deyilik, həm də dostuq. O, mənim nailiyyətlərinə çox sevinir və mənə hamıdan daha çox inanır. Bu, mənim üçün çox vacibdir. Çünki kənardan özünə əmin qadın kimi görünsəm də, əslində, çox sadəlövhəm və hər şeydən ötrü tez-tez həyəcanlanıram. Rikardo məni o qədər yaxşı başa düşür ki, bəzən özüm də təəccüb edirəm. Fikirlərimizin üst-üstə düşmədiyi anlar da olur, amma ümumilikdə çox oxşarıq. O, özünü tapıb, mən isə hələ də axtarış prosesindəyəm. Bəzən fikir ayrılıqları yaranır, ancaq, düşünürəm ki, deyingən olduğum üçün əksər hallarda günahkaram özüməm! (gülür).

- Hər ikiniz musiqiçisiniz. Niyə birlikdə çıxış etmirsiniz?
- Rikardo bunu təklif edib, lakin mən imtina etdim. Musiqi yazmaq üçün insanlara nə ötürmək istədiyini bilməlisən. Mən isə bunu hələlik müəyyənləşdirməmişəm. Bizim birgə yazılmış bir neçə kompozisiyamız var. Mənim albomum üçün musiqi yazıb, mən də ona söz yazmışam. Ancaq hələlik birlikdə oxumağı düşünmürük.

- 38 yaşınız var. Qocalmaqdan qorxmursunuz ki?
- Doğum günlərimi çox sevirəm. Axı bu, mənim bayramımdır. Zahiri görkəmi nəzərdə tutursunzusa, çoxları illər keçdikcə daha da gözəlləşdiyimi deyir. Ancaq mən belə hesab etmirəm. Dərimin əvvəlki təravətini itirdiyini, əvvəlki kimi enerjili olmadığını hiss edirəm. Eyni zamanda, həm qadın, həm aktrisa kimi daha ağıllı və təcrübəli olmuşam. Ona görə də, gənc qızcığaz obrazlarını oynamağı sevmirəm. 38 yaşım var və özümdən gənc qızcığaz düzəltmək istəmirəm, bu, çox mənasız görünəcək.

- Siz öz görkəminizin qayğısına necə qalırsınız? Özünüzə necə qulluq edirsiniz?
- Lazer xidmətindən istifadə edirəm. Mən çilləri əməliyyatla aradan qaldırdım, onlar dəridə çox seçilirdi. Çilləri gizlətmək üçün çox makiyaj etmək lazım gəlirdi. Kollageni canlandıran prosedurları sevirəm. Qidalanmaya böyük diqqət göstərirəm. Tərkibində kimyəvi maddələr olan qidalar yemirəm. Düzdür, şokoladdan imtina edə bilmərəm. Ümumiyyətlə, digər qadınlarla müqayisədə, özümə qarşı çox da tələbkar deyiləm. Mən həyatsevər və ünsiyyətcil adamam və zahiri görkəmimdən daha çox yaxınlarım haqqında düşünməyə çalışıram (gülür).

- Müsahibələrinizdə dəfələrlə şəhərdən kənarda yaşamaq istədiyinizi bildirmişiniz.
- Bəli, imkan tapan kimi şəhərin səs-küyündən uzaq bir yerə gedirik. Oğlumun təbiət qoynunda, böyük və sakit bir qəsəbədə böyüməsini istərdim. Uşaqlıq illərində tez-tez köçürdük, bu səbəbdən, hər il məktəbi dəyişməli olurdum. Evimizi dəyişdiyimiz üçün dostlarım da yox idi.

- Amma 22 il əvvəl siz valideynlərinizdən uzaqda - Argentinada müstəqil yaşamağa qərar verdiniz...
- Bəli, ilk vaxtlarda çox çətinlik çəkirdim. Bütün maaşımı otağın kirayəsinə verirdim. Özümə heç nə qalmırdı. Xoşbəxtlikdən, televiziya müsabiqəsində qalib oldum, sonradan Argentinanın məşhur müğənnisinə və teleaparıcısına çevrildim. Bundan sonra pul sarıdan korluq çəkmədim.

- Bəs aktrisalıq karyeranıza necə başladınız?
- “Yüksək komediya” serialında epizodik bir rola çəkilənə qədər dəfələrlə kastinqlərdə iştirak etmişəm. Sonra “Donmuş ürək” serialına kiçik rola dəvət aldım. Amma bu rolda qəhrəman heç nə demirdi. Kamera yaxınlaşan kimi dodaqaltı danışmağa başladım. Çəkiliş heyəti çaşıb qaldı. Onların “Neyləyirsən?" sualına cavabım belə oldu: "Danışsam, heç olmasa, kimsə məni kəşf edəcək". Nəhayət, tanınmış prodüser Alexandro Roman məni gördü və mənimlə müqavilə bağladı. Bir çox məşhur seriallarda çəkildim və beləcə, aktrisa kimi məşhurlaşdım.
Onda dəlisov vaxtlarım idi. İşlərimin çox olmasına baxmayaraq, əyləncələrdən qalmırdım, anamın qadağan etdiyi bütün yeməkləri yeyirdim. Əlbəttə, çox kökəlmişdim. Həmin dövrdə ilk sevgilimdən ayrılmışdım, ertəsi gün isə artıq başqa biri ilə görüşürdüm.

- Uruqvaydan Argentinaya köçdüyünüz üçün heç vaxt təəssüflənməmisiniz?
- Xeyr. Əlbəttə, hərdən darıxıram. Montevideo çox sakit yer olsa da, mənim üçün dünyanın ən gözəl şəhəridir. Mən orada ilanlarla oynayır, onları havada fırladırdım. Uşaqlıq illəri üçün burnumun ucu göynəyir. Lap çox darıxanda doğma vətənimə gedirəm. Yeri gəlmişkən, bu yaxınlarda Montevideoya nənəmin evinə getmişdim.

- Bütün arzularınızı həyata keçirə bilmisiniz? Yoxsa, reallaşmayan arzularınız qalıb?
- Onların çoxu həyata keçib. Amma mən özümü rejissor kimi də sınamaq istərdim. Məsələn, həyatdan zövq almaq üçün daha çox boş vaxtım olmasını istəyərdim. Xəyallar heç vaxt tükənmir!
İspanəsilli gözəldən etiraf: "Ərim daim yanımdadır..."
İspanəsilli gözəldən etiraf: "Ərim daim yanımdadır..."
İspanəsilli gözəldən etiraf: "Ərim daim yanımdadır..."
İspanəsilli gözəldən etiraf: "Ərim daim yanımdadır..."
İspanəsilli gözəldən etiraf: "Ərim daim yanımdadır..."


Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___