Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Oğlanla qoşulub qaçsam məsuliyyət daşıyırammı?” - Vətəndaşın sualı
Tarix: 23-12-2015 | Saat: 21:04
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

“Oğlanla qoşulub qaçsam məsuliyyət daşıyırammı?” - Vətəndaşın sualı


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə araşdırdığımız mövzu yetkinlik yaşına çatmayan şəxslərin münasibətləridir.


Vətəndaşın ünvanladığı sual: "17 yaşına çatmayan qız öz istəyi ilə sevdiyi oğlanla qoşulub-qaçarsa, onun məsuliyyəti varmı? Bu proses necə olmalıdır?

Vətəndaşın mövzu ilə bağlı suallını “Hüquqşünaslar qrupu”nun üzvləri cavablandırıb.

Nicat Gözəlov: “Tərkib o halda yaranır ki, sevdiyi oğlanla qız sonradan zorla və ya aldatma yolu ilə getdiyini bildirsin və qanuni nümayəndə şikayətçi olsun, bu hal araşdırma zamanı təsdiqini tapsın. Əgər qızın şəxsi azadlığı pozulmayıbsa, cinayət tərkibi yoxdur.

Təcrübədə belə hallar olur. Əvvəl öz istəyi ilə gedir, sonra ata-ana hədəsi ilə deyir ki, təyziqlə gedib. Yetkinlik yaşı 18-dir. Cinsi əlaqə 16 yaşdan sonra məsuliyyət yaratmır. Ona görə də qız öz istəyi ilə gedirsə oğlana məsuliyyət yaranmır.”

Hüquqşünas Cəmil Adışov: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9-cu maddəsinə əsasən, Nikah müvafiq icra hakimiyyəti orqanı (VVADQ) tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Əgər üzrlü səbəblər olarsa, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda isə (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Azərbaycanda nikah yaşı 18-dir. Lakin üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.”

Hüquqşünas Məhərrəməli Həmidov: “17 yaşına çatmayan qız əgər məhkəmə qərarə ilə fəaliyyət qabiliyyətli sayılıbsa, onun öz istədiyi oğlanla qaçmasına valideynlərinin razılığının olmamasına baxmayaraq oğlana heç bir məsuliyyət yaratmır. Əks təqdirdə yetkinlik yaşına çatmayan qız valideynlərinin himayəsində olduğu üçün, valideyni onun qanuni nümayəndəsi kimi oğlanın barəsində hüquq mühafizə orqanlarına şikayət etməyə haqlıdır.

Bu da oğlanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-ci maddəsi ilə cinayət işi başlanılmasına əsas verir. 176-1.2. maddəsinə əsasən, Nikah yaşına çatmayanı nikaha daxil olmaqa məcbur etmə- 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cazalandırılır.”



5438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___