Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İran TANAP layihəsinə qoşula bilər
Tarix: 04-04-2015 | Saat: 14:23
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

İran TANAP layihəsinə qoşula bilər
“İranın da gələcəkdə qazı olacaq”.

İran üzərindən sanksiyalar götürüldükdən sonra qonşu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) iştirakı aktuallaşır.

Xeberaz.az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

“TANAP hal-hazırda o qədər gəlirli layihədir ki, artıq buradan pay vermək lazım deyil. Bundan sonra yalnız sata bilərik. Yaxşı qiymətlər təklif olunsa satmaq olar. Hal-hazırda təkliflər var. Bilirsiniz ki, İranın üzərindən sanksiyalar götürüldükdən sonra TANAP-ın gündəliyi çox yüksəlir. Bilirsiniz ki, İranın da gələcəkdə qazı olacaq və bu qazı bazarlara çıxarmaq üçün TANAP-dan başqa bir alternativ yoxdur”, - deyə R. Abdullayev bildirib.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.


Xəbəri paylaş

8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___