Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qanununda dəyişiklik edildi-Taksi sürücüləri mütləq oxusun
Tarix: 22-12-2015 | Saat: 23:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qanununda dəyişiklik edildi-Taksi sürücüləri mütləq oxusun
Ekspert şərhi.

Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununda baş verən dəyişiklikləri hüquqşünas Ərşad Hüseynov ANS-ə şərh edib.

Onun sözlərinə yeni qanunda iki əsas diqqət yetirilməli məqam var:

“Birinci məqam odur ki, taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların minimum 21 yaşı olmalıdır. Bu yaşdan aşağı vətəndaşlar taksi sürə bilməzlər. İkinci məqam isə taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin ən azı 2 il sürücülük təcrübəsi olmalıdır. Bir də burada bir əlavə məqam da var ki, o da, sürücülük kursu ilə əlaqədardır. Qanuna əsasən taksi sürücüləri sərnişinlərlə davranış üzrə xüsusi kurs keçməlidirlər. Düzdür hazırda bu məsələ açıq qalıb. Ancaq Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən bu kurslar ola bilər ki, yaxın gələcəkdə ləğv edilsin”.

Ekspert ölkə başısının imzaladığı fərmanın taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar üçün müsbət hal olduğunu bildirir:

“Əsas məsələ lisenziyanın ləğv edilməsi idi ki, bu da baş verdi. Ancaq taksi fəaliyyəti ilə məşğul olanlar qarşında bir sıra şərtlər var ki, həmin şərtlərə riayət etmək lazımdır. Bunlardan biri avtomobilin təchizatı (15 ildən köhnə olmamalıdır), taksometr, taksi tanınma nişanı, taksi üçün fərqləndirici rəng, sürücünün iş stajı və yaş amili və kursdan lisenziyadır”.

Xatırladaq ki, bu gün Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.


Xəbəri paylaş

7648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___