“Real” “Rayo Valyekano”nun qapısına 10 qol vurdu - VİDEO
Tarix: 21-12-2015 | Saat: 12:26
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
Benzema het-trik edib.
İspaniya Premyerasının 16-cı turunun matçında “Santyaqo Bernabeu” stadionunda Madridin “Real” komandası “Rayo Valyekano”nu 10:2 hesabı ilə darmadağın edib.
Xeberaz.az xəbər verir ki, “qaymaqlar” Danilonun dəqiq zərbəsi sayəsində qol vura biliblər, amma sonra iki qol buraxıblar.
Qonaqlardan Antonio Amaya hesabı bərabərləşdirib, Hosabed isə onları hesabda irəli çıxarıb. Bir neçə dəqiqə keçdikdən sonra “Rayo Valyekano”da Titonun meydandan çıxarılmasından sonra on nəfər qalıb.
Ev sahibləri meydanda say üstünlüklərindən istifadə edərək, birinci taymın ortasında Qaret Beylin zərbəsi ilə hesabı bərabərləşdiriblər. Bir neçə dəqiqə sonra isə qonaqlardan bir nəfər də meydandan çıxarılıb, Raul Baena ikinci sarı vərəqəni alıb.
11 metrlik zərbəni Kriştianu Ronaldu vuraraq hesabı 3:2 edib. Birinci taymın sonunda Beyl “Rayo”nun qapısına daha bir qol vurub.
İkinci taymda ev sahiblərinin azarkeşləri komandalarının daha altı qolunun şahidi oldular: Qaret Beyl işi pokerə çatdırdı, Kərim Benzema het-trik etdi, Ronaldu isə təvazökarcasına dubl ilə kifayətləndi.
Beləliklə, Madridin “Real”ı çempionatın üçüncü sətirində qaldı, o, “Barselona” və “Atletiko”dan iki xal geridə qalıb.
“Real Madrid” – “Rayo Valyekano” 10:2
Qollar: Danilo, 3 (1:0); Amaya, 10 (1:1); Hoabed, 12 (1:2); Beyl, 25 (2:2); Ronaldu, 30 (3:2); Beyl, 41 (4:2); Benzema, 48 (5:2); Ronaldu, 53 (6:2); Beyl, 61 (7:2); Beyl, 70 (8:2); Benzema, 79 (9:2); Benzema, 90 (10:2).
Meydandan kənar edilmə: Tito,14; Baena, 28.
Hakim: İqnasio Vilyanueva.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

17-04-2018, 21:04
Roza Zərgərli: "Canım çox ağrıyır,əməliyyat etdirdim ki..."
21-03-2017, 17:28
Hüsnü Mübarək azadlıqda
15-04-2016, 13:13
Parlament MSK-nın yeni tərkibini təsdiqlədi
26-10-2018, 11:21
Mehriban Əliyeva komada olan Qarabağ qazisi ilə bağlı göstəriş verdi
29-09-2016, 17:31
Göydələndən düşən daş evi dağıtdı – Video
26-02-2020, 15:31
Yunanıstanda da koronavirus aşkarlandı
6-12-2015, 15:12
Azərbaycanda dəhşətli qəza: Bir ailənin 4 üzvü ölüb
7-01-2017, 18:40
Patriarx Kirill: “Yaxın Şərq alətə çevrilib”