Rusiyada türk banklarına polis basqını
Tarix: 18-12-2015 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
İki ölkə arasında münasibətlər gərgin olaraq qalır.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin Rusiyada fəaliyyət göstərən 4 bankının filialına basqın edib.
Xeberaz.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hədəfində yalnız türk bankları olmayıb. Türkiyənin maliyyə qurumları ilə yanaşı, Rusiyanın 20 bankına da basqın edilib.
Məlumata görə, Türkiyənin “Ziraat Bankası”nın bir şöbəsi, “Garanti Bankası”nın “Garanti Bank Moskva”, Rusiyanın “Sofiya Bankı”nı alan “İş Bankası”nın “İşBank”ı, “Fiba Holding”in “Gredit Europe”, “Yapı kredi”nin eyni adlı Moskva şöbəsi, habelə “Rusiya Sberbank”ın əsas iştirakçısı olan “Deniz bankası” da Rusiyada fəaliyyət göstərir.
Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.
Ancaq Rusiyada bank sektorunda çalışan Türkiyə vətəndaşı deyib ki, əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir:
““Çirkli pul” bəhanəsi ilə bankları narahat edirlər”.
Xəbəri paylaş
6678 dəfə oxunub.
Digər xəbərlər

10-05-2019, 17:15
Elmar Hüseynovun qətli ilə bağlı DTX-ya müraciət olundu
29-10-2022, 15:23
“Fərqli iş saatları tətbiq edilsin...” - Bakının tıxac problemi ilə bağlı TƏKLİFLƏR - VİDEO
7-10-2017, 20:46
Linzalardan gözə düşən parazitlər - Korluğa səbəb olur
15-08-2018, 16:39
200 manatlıqlar dövriyyədən yığışdırılıb? - Mərkəzi Bankdan AÇIQLAMA
29-06-2019, 01:35
Bu gün tanınmış ictimai xadim Hacı Quliyevin doğum günüdür
16-02-2016, 14:51
Nyu-York vəkillər kollegiyasının üzvü federasiya prezidenti seçildi
13-05-2016, 23:25
Sahibkara qarşı dələduzluq - Gəncədə
28-10-2023, 09:35
Murdanın konsertində hər kəs Səmranın geyimindən danışdı - FOTOLAR
16-09-2021, 12:33
FHN-dən əhaliyə xəbərdarlıq: elektrik cihazlarını şəbəkədən ayırın, telefonla danışmayın...