Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yəməndə silahlı toqquşmalar: 42 ölü
Tarix: 17-12-2015 | Saat: 11:17
Bölmə:Karusel / Hadisə / Dünya / M2 | çapa göndər

Yəməndə silahlı toqquşmalar: 42 ölü

Dekabrın 16-da Yəmənin bir neçə bölgəsində baş verən silahlı toqquşmalar nəticəsində azı 42 nəfər ölüb.

Xeberaz.az-ın Еuronews-a istinadən verdiyi xəbərə görə, toqquşmalar ölkədə atəşkəs rejimi elan olunduqdan sonra qeydə alınıb.

Məlumatlara əsasən, Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya üsyançı husilərin mövqelərinə zərbələr endirib.

“Onlar atəşkəs rejimini pozur, heç bir güzəştə getmək istəmirlər. Məhz husilər BMT Təhlükəsizlik Şurasının qərarlarını rədd edir, hücumlar təşkil edir, yaşayış məntəqələrini atəşə tuturlar. Biz yalnız müdafiə olunuruq”, deyə Yəmənin ordu rəsmisi bildirib.

Xatırladaq ki, dekabrın 15-dən Yəməndə yeddi günlük atəşkəs elan olunub. Ötən həftə Yəmən prezidenti Əbd Rabbo Mansur Hadi Ərəb koalisiyasına dekabrın 15-dən 7 günlük sülh elan etməyi təklif etmişdi. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___