Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Tarix: 17-12-2015 | Saat: 10:23
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Stiven Siqal Bakıda konsert verdi - FOTO
Hollivud ulduzu səhnəni “Natiq” ritm qrupu ilə paylaşıb.

Dekabrın 16-da məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

Xeberaz.az AzərTAc-a istinadən xəbər verir ki, konsertdə Stiven Siqal və onu müşayiət edən qrup blüz musiqi proqramını təqdim edib.

Konsertin maraqlı məqamlarından biri Hollivud ulduzunun səhnəni “Natiq” ritm qrupu ilə paylaşması olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı kompozisiya təqdim edib.

Qeyd edək ki, kinoaktyor, rejissor, eyni zamanda, aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqi ifaçılığı ilə aktyorluqdan daha əvvəl məşğul olmağa başlayıb. Stiven Siqal 12 yaşından gitarada ifa etməyə başlayıb və əsasən blüz janrına üstünlük verib.

İllər boyu öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri - Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens “Qeytmaut” ilə birgə çıxışlar edib, blüzə olan sevgisini onlarla bölüşüb.

Stivenin anası “onun musiqisini dünya eşitməlidir” deyəndən sonra Siqal ilk albomunu buraxıb. 2005-ci ildə işıq üzü görən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında ən çox satılan albomlardan olub və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirib.

2006-cı ildə daha bir musiqi albomu - “Mojo Priest” təqdim olunub. Musiqişünaslar tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan “Mojo Priest” təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzün əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi sənətkarların musiqisini də özündə birləşdirir.

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərkən “Stiven gitara çalmaqda mahir ustadır”, - deyə söyləyib. Blüzü ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı Stivenin yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

Qeyd edək ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və 1988-ci ildə “Qanundan yüksəkdə” adlı ilk filmində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor “Mühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında” və digər filmlərdə rol alıb.

Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.

Bu il sentyabrın 21-də Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin Auditorium zalına heyran qalmış və burada konsert vermək arzusunu bildirmişdi.

Bir saatdan artıq davam edən konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə tamaşaçıların qarşısına çıxıb. Konsert boyu ifaçının auditoriya ilə ünsiyyəti qurması tamaşaçılara unudulmaz anlar bəxş edib.

Konsertdən sonra Stiven Siqal təəssüratlarını jurnalistlərlə bölüşüb, onların suallarını cavablandırıb. Bildirib ki, Heydər Əliyev Mərkəzində tamaşaçılar qarşısında çıxış etdiyi müddətdə o, olduqca xoş anlar keçirib. “Natiq” ritm qrupunun fanatıdır və onunla birgə çıxış etməsini şəxsən arzu edib. İkinci dəfədir Bakıya gəldiyini deyən Hollivud ulduzu şəhəri görmək imkanı əldə etdiyini də vurğulayıb və paytaxtımızın gözəlliyinin, ölkədəki tolerantlıq mühitinin onda xoş təəssürat oyatdığını bildirib.

Hollivud ulduzu dekabrın 17-də də Heydər Əliyev Mərkəzində çıxış edəcək.
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO
Stiven Siqal Bakıda konsert verdi - FOTO


Xəbəri paylaş

5948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___