Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ATV-nin efirində yeni veriliş - “Qanunla biz” - FOTOLAR
Tarix: 16-12-2015 | Saat: 18:54
Bölmə:Karusel / Şou-Biznes / M2 / Ekskluziv | çapa göndər

ATV-nin efirində yeni veriliş - “Qanunla biz” - FOTOLAR
ATV.az - ın bu dəfəki müsahibi, “Qanunla biz” verilişinin layihə rəhbəri Zülfiyyə Bayramova oldu. Zülfiyyə xanım artıq efirə gedən veriliş barəsində açıqlamalarını məhz bizimlə bölüşdü:

“Verilişin adında əslində iki məna birləşib. “Qanunla biz nə edə bilərik?” və “Qanun və biz”.

Etiraf edək ki, əksər insan bu gün öz hüquqlarını yaxşı bilmir. Elə buna görə də, çox vaxt çətinliklərlə qarşılaşır. Məqsədimiz o cür insanların hüquqi maarifləndirilməsidir.

Biz, məhz bu veriliş vasitəsi ilə sizi maraqlandıran hüquqi sualları hüquqşunasların köməyi ilə əhatəli cavablandıracağıq. Əgər insanları hüquqi cəhətdən maraqlandıran suallar olarsa, onu “Qanunla biz”in feysbuk səhifəsinə ünvanlaya bilər. Çalışacağıq ki, qanunu insanların başa düşəcəyi, sadə bir dildə tamaşaçılara çatdıraq”.

Z. Bayramova qeyd edir ki, veriliş barədə gələcək planlar tamaşaçılarımızdan asılıdır: “Yəni, tamaşaçılarımız hansı istiqamətdə daha çox meyil göstərirlər, biz də o sahəyə istiqamətlənəcəyik. Bu sırf maariflənmə sahəsi də olar bilər, real hadisələr də. Bu barədə onların təkliflərinə hörmətlə yanaşacağıq”.

Verilişi hər hansı ucuz reytinqə görə yox, kiməsə kömək etmək məqsədilə yaratdıqlarını deyən məşhur hüquqşunas deyir ki, problemi olan şəxslərin istədiklərini hüquqi cəhətdən əldə etmələrində onlara kömək edəcəklər: “Biz araşdıracağıq. Əgər kimsəsiz və maddi durumu yerində olmayan hər-hansı bir şəxsin hüquqi yardıma ehtiyacı varsa, əlbəttə, onları hüquqşunaslarla tanış edəcəyik. Ən azından onları maraqlandıqları suallara təmənnasız cavab verəcəyik”.

Veriliş hər bazarertəsi saat 21:40-da efirə gedir.
ATV-nin efirində yeni veriliş - “Qanunla biz” - FOTOLAR
ATV-nin efirində yeni veriliş - “Qanunla biz” - FOTOLAR
ATV-nin efirində yeni veriliş - “Qanunla biz” - FOTOLAR


Xəbəri paylaş

2 1828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___