Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan atletində dopinq tapıldı: İdmançımız ömürlük cəza ilə üz-üzə
Tarix: 16-12-2015 | Saat: 11:33
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Azərbaycan atletində dopinq tapıldı: İdmançımız ömürlük cəza ilə üz-üzə
ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinq testdə “ilişən” idmançıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, analizi müsbət cavab verən 4 atletdən biri Azərbaycan yığmasının üzvüdü.

Belə ki, apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilən legioner Silviya Angelovanın orqanizmində yenidən istifadəsi qadağan olunan dərman preparatı aşkar olunub. Bolqarıstan əsilli, 33 yaşlı atletin A testi müsbət nəticələndiyindən B testindən keçmək məcburiyyətindədi. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər.

Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova cəmi 5 rəqibini qabaqlayaraq, 34-cü olmuşdu və komandamızın aktivinə xal yazdıra bilməmişdi.

Həmçinin, Avro-2012-də bürünc və Avro-2013-də gümüş medal qazanan idmançının qanında turinabol tapıldığından nəticələri ləğv edilmişdi. Məhz həmin vaxt o 2 illik cəzalanmışdı.


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___