Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis bu əşyaları sizdən tələb EDƏ BİLƏR
Tarix: 15-12-2015 | Saat: 19:59
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Polis bu əşyaları sizdən tələb EDƏ BİLƏR
Avtomobil ilə yola çıxarkən hər birimiz sənədlərimizin yerində olub-olmadığını yoxlayırıq.

Xeberaz.az İnterAz-a istinadən bildirir ki, Dövlət Yol Polisi əməkdaşının avtomobilimizi saxlayacağı halda sənədlərimizi yoxlayacağı məlumdur. Bəs bilirsinizmi ki, yol polisi bizim avtomobilimizdə olması lazım olan bəzi avadanlıqları da tələb edə, olmadığı halda isə cərimə yaza bilər? Sürücülər avtomobildə 3 avadanlığın olmamasına görə 5 manatdan 60 manata kimi cərimə edilə bilərlər. Bununla bağlı sorğunu cavablandıran yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov söylədi ki, avtomobilimizdə aşağıdakı avadanlıqların olması mütləqdir.

1. Qəza dayanma nişanı

Avtomobildə tələb edilən vacib avadanlıqlardan biri qəza dayanma nişanıdır. Belə ki, bəzi hallarda bu nişanın olmaması nəticəsində arxadan gələn avtomobil qarşıdakının dayandığını görmür və nəticədə qəza baş verir. Bu nişanın qiyməti 5 manat, olmamasına görə qanunda nəzərdə tutulan cərimə isə 50 manatdır

2. Yanğın söndürən

Od söndürənin olmamasına görə sürücülər 50 manat ziyana düşə bilərlər. Od söndürəni alıb avtomobilə quraşdırmaq isə cəmi 10 manat tələb edir.

3. Tibb çantası

İlkin tibbi yardım üçün lazım olan qan kəsmək üçün rezin, ağrıkəsicilər, spirt və yod olmalıdır. Tibb çantasının olmamasına görə qanunda 3-5 manat cərimə nəzərdə tutulub.


Xəbəri paylaş

7438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___