Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çənə sümüyününün əriməsinə qarşı möcüzəvi müalicə VİDEO
Tarix: 13-12-2015 | Saat: 09:50
Bölmə:Karusel / Səhiyyə / M2 / Xəbəraz TV | çapa göndər

Çənə sümüyününün əriməsinə qarşı möcüzəvi müalicə VİDEO

Dünyada yalnız 5 klinikada tətbiq edilən bu üsul Türkiyədə Tanfer klinikasının həkimləri tərəfindən həyata keçirilir
Diş əti iltihabı,protezdən uzun müddətli istifadə, diabet kimi problemlərə görə əriyən çənə sümüyü tibbdə inqilab sayılan Baks texnikası ilə yenidən düzəldilir. Dünyada yalnız 5 klinikada tətbiq edilən bu üsul Türkiyədə Tanfer klinikasının həkimləri tərəfindən həyata keçirilir
Uzun illərdi çənə sümüyünün əriməsi müalicəsi qeyri-mümkün olan, insanların həyat şəraitinə mənfi təsir göstərən bir problemdi. Çünki çənə sümüyü ərimiş insanlara diş protezi qoyulmadığı kimi implant müalicəsində də müsbət nəticə alınmır. Bir sözlə, genetik faktor, düzgün qidalanmama, ağız boşluğunun gigiyenasındakı qüsurlar və s. kimi bəzi səbəblərdən qaynaqlanan diş çürüməsindən sonra onların yerinə yeni diş düzəltmək mümkün olmur. Bu da insanda bir çox xəstəliyə yol açmaqla yanaşı, insanın həyat şəraitini də mürəkkəbləşdirir.
Baks Texnikası bütün bunları geridə qoyur. Belə ki, çənə sümüyü ərimiş insanlara Baks Texnikası ilə əvvəlcə süni çənə düzəldilir, sonra isə implant üsulu ilə yeni dişlər qoyulur. Baks texnikası ilə süni çənə düzəltmək üsulu dünya üzrə yalnız 5 ölkədə həyata keçirilir. Amerika, Peru, İtaliya ilə yanaşı Türkiyə- İstanbul da bu beş ölkədən biridir. Ağız boşluğu və çənə cərrahı Dr.Nihat Tanfer Baks Texnikasını dünyada uğurla həyata keçirən həkimlərdən biridir. Bu gün insanlar hətta Avstraliya kimi dünyanın o biri başından İstanbula gəlib, həkim Tanferə müraciət edir, müalicə alır və arzuladıqları təbəsümü qazanaraq,geri qayıdırlar.
Çənə sümüyü niyə əriyir?




Tamamilə itmiş çənə sümüyü yenidən bərpa olunur??
Bəli. Heyvan mənşəli sümüklər xüsusi texnikayla laboratoriya şəraitində insan sümük toxumasına uyğun şəkildə düzəldilir. Sovrulmuş çənə sümüyü hissəsinə cərrahiyə əməliyyatı ilə PLA (polilaktik asit) tərkibli plitələr yerləşdirilir, plitələrin arasında heyvan sümüyündən əldə olunan xüsusi sümük calaqları və eyni senasda implantlar yerləşdirilir. Yox çıxmış çənə sümüyünün içərisinə cərahiyə əməliyyatı ilə yerləşdirilir
Baks texnikası ilə ərimiş çənə sümüyü necə yenidən bərpa edilir ?
Baks texnikasında yoxa çıxmış sümük toxuması üç ölçü olaraq yenidən bərpa edilir . Uzun müddət dişsiz qalan,protezdən istifadəsi belə mümkün olmayan xəstələrə belə sonradan sabit protez qoymaq artıq mümkündü . Bu üsuldan hələ də beyin cərrahiyyəsi və ortopedik müalicələrdə istifadə edirlər. Bu texnikada əriyən və toxuma ilə uyğunlaşa bilən polilaktik asit plitələri çənə sümüyünə yerləşdirlir. Bundan sonra heyvan sümüyündən əldə edilən sümük plitələrlə doldurulur. Bu proseduradan 6 ay sonra sağlam sümük toxuması yaranır. Beləliklə də xəstə implant ilə yeni dişlər qazanır
Hansı sümükdən istifadə edirsiniz?
Sığır , dana ve atların ayaq sümükləri müəyyən prosseslərdən keçirilir. Sterilizə edilib,sümük bankalarında qorunur
Niyə əvvəllər belə formada çənə sümüyü bərpa edilmirdi?
Əvvələr də sümük metodları tətbiq edilirdi, ancaq Baks texnikasının digərlərindən üstünlüyü , xəstənin bədəninin başqa hissəsindən sümük götürülməsinə ehtiyac duyulmur və üç ölçülü sümüyün bərpasına imkan yaradır
Dünyada bu texnikanın birincili kimı məxsusdu?
Bu üsul Amrerikada tətbiq olunmağa başlayıb. Sonra İtaliyada təkmilləşdirilib.
Bu texnikadan yalnız implant əməliyyatı zamanı istifadə olunur?
Xəstə yeni dişlərinə neçə müddətdən sonra qovuşur?
6-8 ay müddətində...Əməliyyatdan sonra çənəyə buz qoyulmalı,isti yeməklər yeyməməli və siqaretdən imtina etməlisiniz
Baks texnikası dişlərin müalicəsində nə kimi vacib rol oynayacaq?
Rolu çox böyükdü. Xüsusilə 35 yaşdan sonra qadınlarda çənə sümüyündə ciddi qüsurlar yaranır. Diş əti xəstəliklərinin nəticəsində yaranan sümük əriməsi, üz əzələlərində çökməyə, xətt və qırışıqlıqlara yol açır. Bu əməliyyat estetik diş müalicəsində ən vacib mərhələyə çatdığımızı göstərir
İnsanın çənə sümüyü hansı səbəbdən yoxa çıxır?
Dişlərin düzgün fırçalanmaması və diş sapından istifadə bu problemə yol açır. Başlanğıcda diş ətində qanama ilə diş iltihabı müydana çıxır. Adi iltihab müalicə olunmadığı təqdirdə zaman keçdikcə dişlərin ətrafındakı sümük toxumasına təsir edir, bununla da çənə sümüyünün ərimə prosesi başlayır.
Bundan başqa çənə sümüyü diş çəkdirdikdən sonra da əriməyə səbəb olur. Düzgün qoyulmamış körpü protezlərə qulluq edilmədiyi təqdirdə də çənə sümüyündə ciddi ölçülərdə ərimələr müşahidə olunur. Digər tərəfdən uzun illər damaqlı protezdən istifadə edənlər belə ağız boşluğunda sümük itkisiylə qarşılaşırlar .
Baks texnkası hansı xəstələrə tətbiq olunur?
- Çənə sümüyündə ümumi sümük itkisi olanlara,

- Uzun illər protezdən istifadə edənlərə

- Bəzi əməliyyatlardan sonra sümük itkisiylə üzləşənlərə

- Bəzi dişlərin çəkilməsi nəticəsində sümük səviyyəsinin istənilən ölçüdə olmamasına görə estetik əməliyyata ehtiyacı olanlara

- Çənə sümüyünə quruluş vermədən implant qoyulması mümkün olmayan xəstələrə.

Yeni Dişlər ideal ölçüdə olacaq.
Dişlərini əvvəllər düzəltdirmiş bəzi sənətçilərin həddindən artıq böyük dişlərini nəzərə alaraq, demək olar ki, onlar da baks texnikası ilə təbii görünüşə sahib ola bilərlər?
Bəli. Bu mümkündü. Bu texnikanın sayəsində yoxa çıxmış sümük toxuması yenidən bərpa olunduqdan sonra yeni dişlər də təbii görünəcək. 50 yaşından sonra dişlərin itkisiylə yaranan çənə sümüyünün əriməsi, xəstənin protezdən əvvəlki kimi istifadə etməsinə mane olurdu. Bununla əlaqədar keramik dişlər də çox iri görünürdü. Baks texnikası ilə əriyən sümüklərin yerinə yeni sümüklər qoyulduğuna görə dişlər də ideal ölçüdə olur
Əməliyyat prosesi nə qədər davam edir?
Əməliyyat vaxtı vəziyyətə görə dəyişir. İtaliyada apardığımız əməliyyatda əməliyyat təqribən 2 saat davam etdiyi halda, Türkiyədə həyata keçirdiyimiz ilk əməliyyat 50 dəqiqə vaxt apardı
Xəstə həmin gün işə və gündəlik həyatına qayıda bilər?
Bəli. Xəstənin işə və ya gündəlk həyata qayıtmasında heç bir maneə olmur. Sadəcə bir balaca şişlər olma ehtimalı var. Lakin keyləşdiriciylə aparılan çənə bərpası əməliyyatından sonra xəstənin bir gün xəstəxanada qalmağı məsləhətdi
Ötən 3 il ərzində Baks texnikası ilə neçə xəstə əməliyyat etmisiz?
3 il ərzində 70-dən çox xəstəyə bu prosedur tətbiq olunub . Son dərəcə uğurlu nəticə almışıq
Bu xoşbəxtliyi vəd edən əməliyyatdan sonra xəstlər necə reaksiya verirlər?
Doğrudan da həkimlik peşəsinin ən gözəl yönü müalicədən sonra xəstələrin sevincini görüb,bundan zövq almaqdı.
Hətta xəstələrimdən biri –“elə bil üzümü dəyişmisiz. Çünki bütün həkimlər məndə sabit diş əkiminin qeyri-mümkün olduğunu bildirirdilər. Amma siz buna nail oldunuz”-dedi. Bu cür fikirlər məni və işçi heyətimi olduqca sevindirir


Xəbəri paylaş

1 9308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___