Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yanan “Günəşli”də desant əməliyyatı
Tarix: 11-12-2015 | Saat: 14:45
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Yanan “Günəşli”də desant əməliyyatı
FHN məlumat yaydı.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisindən 5 təcrübəli yanğınsöndürən xüsusi yanğınsöndürmə avadanlığı və mühafizə vasitələri ilə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülünə desant edilib.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, dekabrın 10-da saat 15:35-də özülə desant edilən qrup 6 saat ərzində SOCAR-ın işçiləri tərəfindən yanan quyular ətrafında aparılan qəza-bərpa işlərinin təhlükəsizliyini təmin ediblər.

Bu gün isə saat 09:00-da “Vixr-8” gəmisindən 4 nəfər tərkibdə qrup 10-cu özülə desant edilib. Özüldə aparılan bütün qəza-bərpa işlərinin davam etdiyi vaxt ərzində yanğından mühafizənin desant qrupları həyata keçirilən işlərin və işçilərin təhlükəsizliyini, təhlükə zamanı onların mühafizəsini və təxliyyə olunmasını təmin edir.

FHN 10 saylı dərin dəniz özülündə baş vermiş yanğının söndürülməsi istiqamətində fasiləsiz olaraq tədbirlərini davam etdirir.


Xəbəri paylaş

5538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___