Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
1 nömrəli narkobaron İŞİD “xəlifəsi”inə yazdı: - “Bir də mənim malıma əl vursan...”
Tarix: 10-12-2015 | Saat: 16:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

1 nömrəli narkobaron İŞİD “xəlifəsi”inə yazdı: - “Bir də mənim malıma əl vursan...”
Dünyanın 1 nömrəli narkobaronu hesab edilən və bir neçə ay əvvəl yeraltı tunellə Meksikanın ən sərt rejimli həbsxanasından qaçan Hoakin Qusman “İslam dövləti” terrorçu qruplaşmasının lideri, “xəlifə” Əbu Bəkr əl-Bağdadiyə məktub göndərərək ona məxsus narkotik partiyasını məhv etməyə görə hədələyib. Xeberaz.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Sick Chirpse” adlı internet-portala istinadən Rusiya KİV-ləri yazır.

“Gödəkboy” ləqəbli Hoakin Qusman (El Çapo) yazıb ki, onun narkotiklərini məhv etdiyinə görə “İslam dövləti”inə divan tutacaq. “Sinaloa” narkokartelinin lideri əl-Bağdadiyə məktubunda terrorçuların onun Yaxın Şərqdəki biznesinə mane olmaq cəhdlərini “ciddi səhv” adlandırıb.

“Gödəkboy” bildirib ki, onun adamları bu hərəkətə görə “İslam dövləti”indən qisas alacaq. “Əgər bir də bizim əməliyyatlarımıza qarışmağa cəhd etsəniz sizi məhv edəcəyik”-Hoakin Qusman İŞİD liderinə yazdığı elektron məktubda bildirib.

Hazırda Meksika hakimiyyəti ABŞ xüsusi xidmət orqanlarının da iştirakı ilə bütün ölkə boyu El Çaponu axtarır. Onun narkokarteli ABŞ-da satılan narkotiklərin üçdə birini təmin edir. İŞİD-in El Çaponun kartelinin narkotiklərini nə vaxt məhv etdiyi məlum deyil.


Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___