Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Jurnalist adından sui-istifadə edənlər sərt cəzalanacaqlar
Tarix: 08-12-2015 | Saat: 17:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Jurnalist adından sui-istifadə edənlər sərt cəzalanacaqlar
Yeni İnzibati Xətalar Məcəlləsi hazırlanıb.

Azərbaycanda jurnalist adından sui-istifadə edilməsi halları ilə bağlı cəzalar ağırlaşdırılır.

Xeberaz.az xəbər verir ki, APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni İnzibati Xətalar Məcəlləsində əksini tapıb.

Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq.

Maddənin qüvvədə olan variantına görə isə fiziki şəxslər 15 manatdan 25 manatadək miqdarda, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
16-09-2017, 13:41 Nazir oğlu dəfn olundu

bütün xəbərlər
____ Instagram ___