Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yoldaşlarını xilas etdi, özü isə... - Daha bir neftçinin faciəsi... - FOTO
Tarix: 08-12-2015 | Saat: 12:58
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Yoldaşlarını xilas etdi, özü isə... - Daha bir neftçinin faciəsi... - FOTO
Xeberaz.azxəbər verir ki, Dünən axşam saatlarında hər kəsdən ümidini itirən Gülərin sosial şəbəkələrdən son çağırışı hamını sarsıdıb. İtkin süşən 29 neftçidən bir onun atası Xalid İbrahimovdur. Atası ilə şəklini paylaşan gənc bir xəbər bilənlərdən ona məlumat verməsini istəyir:

"Xahiş edirəm, bir məlumatı olan varsa, desin, paylaşsın. Biz onu gözləyirik".

Qafqazinfo.az ailədən bir xəbər almaq üçün əvvəlcə Zığ qərargahına, daha sonra da ailənin evinə yollanıb. Qonşularının sözlərinə görə, ailə Qazaxda yaşayır. Hadisəni eşidən ailə buraya - Xalid bəyin bacısının evinə gəlib. Neftçinin universitetdə təhsil alan 2 qızı və 10-cu sinifdə oxuyan 1 oğlu var. Ayın 15 günü dənizdə işləyən Xalid İbrahimov rayonda olduğu 15 gündə də traktorla pul qazanmağa çalışırdı. Ailənin tək maddi gəlir yeri o olub və 2 qızı da universitetdə ödənişli təhsil alır.

Qərargahda bir xəbər almaq üçün gözləyən qohumlarla evə çatdığımız zaman neftçinin həyat yoldaşı üzümüzə baxıb dedi: "Hanı Xalidim? Mən Xalidi istəyirəm, onsuz yaşaya bilmərəm".

Həyat yoldaşı Kifayət xanımın sözlərinə görə Xalid İbrahimov platformanın mühafizəçisi Mahal Yusifovla neftçilərin qayıqlara minməsinə kömək edib:

"Sənin gözəl ürəyinə qurban olum, ay Xalid. Sən orada hamıya kömək etdin, sənin köməyinə yetən olmadı. Artıq dözə bilmirəm, ürəyim yanır. Uşaqlar məndən atalarını istəyirlər, nə deyim axı? Hələ də bir ümidimiz var ki, platformada qala bilər. Axı neçə gündür bizə niyə bir xəbər vermirlər? Ölübsə, cəsədini, sağdırsa, özünü gətirsinlər. Götürüm yoldaşımı da gedim evimə, bu gün evə gələn günü idi, kaş heç göndərməzdim. Faciə olan gün 3-4 dəfə danışdıq. Səhər zəng vurmuşdu, soruşdum, işləyirsiz? Dedi ki, yox. Bizə çölə çıxmağa icazə vermirlər. Sonra günorta saatlarında zəng vurdu ki, dənizdə 3 nəfər itkin düşüb, birdən qorxarsan. "Mən yaxşıyam".

Sonuncu dəfə də 17:10-da danışdıq. Mənə dedi ki, burada qaz sızması var, yanğın ola bilər. Sakit tonda dediyi üçün bu qədər təhlükəli olacağını gözləmirdim. Dedim ki, ehtiyatlı ol, o da mənə "olacağa çarə yoxdur, şlyupkalara minəsiyik" dedi. Sonra bir zarafat da etdi ki, birdən külək şlyupkanın ağzını o tərəfə çevirib məni Türkmənistana aparar".

Qohumların sözlərinə görə, bütün tanışlar küçələrdə bir məlumat axtarmağa çalışırlar: "Qərargaha, ya da başqa bir yerə zəng vururuq, amma heç nə demirlər. Biz zəng vurmuşuq, adamımızdan bir xəbər almaq istəyirik, hələ İntiqam adlı bir şəxs soruşur ki, nömrəsini hardan almışam? Üç gündür ki, bizimlə maraqlanan, bir xəbər deyən yoxdur. Elə özümüz zəng vurub öyrənməyə çalışırıq. Bizə dedilər ki, Xalid platformada işçilərin qayıqlara minməsinə kömək edənlərdən biri olub. Digər bir şəxs də Mahal Yusifov olub. O hazırda gətirilib və sağdır. Xalidi sonuncu görən odur, ondan da xəbər ala bilmirik. Heç olmasa, bir xəbər çatdırsınlar bizə, başqa görənlər də deyirlər ki, sonuncu pilləkəndə görmüşdük, kömək edirdi. Başqa heç nə".

Ailə üzvləri ilə söhbətləşdiyimiz zaman qərargah rəsmiləri onlara baş çəkməyə gəldilər. Rəsmilərin sözlərinə görə, zonalara uyğun qərargahlar yaradılıb və komissiya üzvləri zonaya yaxın ailələrə baş çəkməyə gedirlər. Biz əvvəlcə Qazaxa gedirdik, bizə dedilər ailə üzvləri Bakıdadır, yarı yoldan geri qayıtdıq. Dünəndən bu missiyanı həyata keçiririk. Bizim trestdə 8 nəfər itkin düşən var və hər birinə baş çəkməyə çalışırıq".

Xalid İbrahimovun qohumları trest üzvlərinə bildirib ki, neftçi həmişə platformanın köhnə olmasından gileylənib: "Biz başa düşürük, bu dənizdir və orada işləmək həmişə təhlükə deməkdir. Bəs təhlükəsizlik tədbirləri kifayət qədər güclü olubmu? Sizdən çox xahiş edirik, biz yanmışıq. Bizdən sonrakı neftçi ailələrini yandırmayın. Onlar üçün bir şərait yaradın, onsuz da bizdə nəsə olmamış bir tədbir görülmür. Gözləməkdən başqa çarəmiz yoxdur, ölü, ya da sağ bizə Xalidi tapın".

Kifayət xanımın son sözləri isə belə oldu: "Mən yoldaşımı sizə təhvil vermişdim, elə sizdən də tələb edirəm. Mənə yoldaşımı gətirin".


Xəbəri paylaş

7518 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___