Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təmizkar insanlara XƏBƏRDARLIQ: xəstəliyə tutula bilərsiniz
Tarix: 06-12-2015 | Saat: 16:40
Bölmə:Karusel / Qadınlar / Səhiyyə / Fotogalereya | çapa göndər

Təmizkar insanlara XƏBƏRDARLIQ: xəstəliyə tutula bilərsiniz
Bir çox insanlar təmizliyə xüsusi diqqət ayırır, bəziləri isə bunu həddən çox qabardır və vəsvəsəlik həddinə gətirib çıxarır. Lakin həddən artıq təmizlik astma və digər allergik xəstəliklərə səbəb olur. Elə isə təmizliyə necə riayət etmək lazımdır? Vəsvəsəlik dərəcəsində təmizkar olmaq nə qədər yaxşıdır? Bakteriyaların hansı dərəcədə həyatımıza daxil olmalarına imkan verməli və nələrə diqqət etməliyik? Aile.lent.az bununla bağlı amerikalı mütəxəssislərin maraqlı fikirlərini təqdim edir.

Təmizlik zəmanəsində yaşayırıq. İstifadə etdiyimiz sabunlar antibakterial, təmizlik vasitələri isə mikrobların 99 faizini yox etmək qabiliyyətinə malikdir. Mikrobların zərərli olduğunu hər kəs bilir. Lakin bəzi elm adamları astma və digər allergik xəstəliklərə səbəb ola biləcəyi üçün həddən artıq təmizliyin düzgün olmadığını deyirlər. O zaman vəsvəsə həddinə çatan təmizliklə ətrafımızdakı bakteriyalarla yaşamağı öyrənmək arasında balanslı bir vəziyyət yaradıla bilərmi? 19-cu əsrin sonlarında alman həkimlərinin ixtiraları nəticəsində məlum oldu ki, bəlli bakteriyalar bəlli xəstəliklərə səbəb olur. O gündən bu yana təmizlik və sanitariya nəticəsində insan sağlamlığında böyük irəliləyişlər baş verdi.

Bir neçə mikrob xeyirlidir

Əslində bütün mikroblar zərərli deyil. Bəzi bakteriyaların narahatlıq yaradan, hətta ölümcül xəstəliklərə səbəb olduğu məlumdur. Amma bir çox bakteriya da yararlıdır: bağırsaqlarda vitamin istehsal edirlər, dəri səthində bir təbəqə yaradaraq zərərli mikroblara qarşı qoruyurlar və qidaları həzm etməyimizə kömək olurlar. Bədənimiz xaricindəki mühitdə isə təbii tullantıları parçalayırlar, dünyadakı oksigenin yarısını istehsal edir, havadakı azot səviyyəsini nizamlayır, bir sözlə, dünyanı yaşanalıcaq vəziyyətə gətirirlər. Bu gün tədqiqatçılar insanların “həddən artıq təmizlik” halının özlərinə zərər verəcək həddə gəldiyini deyirlər.

1989-cu ildə ingilis epidemioloqları uşaqlıqda bəzi xəstəliklərə tutulmağın böyüdükdən sonra allergiyanın inkişafına qarşı qoruyucu rolunu oynadığını sübut ediblər. Allergiyalar, insanın immunitet sisteminin zərərsiz bir maddəni böyük hücum olaraq qəbul edib, həddən çox reaksiya göstərməsi nəticəsində ortaya çıxır. Mütəxəssislər bildirir ki, immunitet sistemimiz mikroblarla yaşamağı unutduğu üçün bədənimiz bəzən yararlı mikroblara qarşı daha çox reaksiya göstərir.


Mikroblarla tanış olmaq terapiyası

Buna görə də bədənimizdə olan mikrobların bizə nə cür xeyirli olduğunu bilmək lazımdır. Bədənimizin bir çox müxtəlif mikroblarla tanış olması vacib əhəmiyyət kəsb edir. Bəzi mütəxəssislər buna “mikroblarla tanış olmaq terapiyası” deyirlər.

Məsələn, yerə düşən körpə əmziyini misal çəkək. Bu halda körpəyə yeni sterilli əmzik verməkdənsə, əvvəlcə ananın həmin əmziyi öz ağzına qoyaraq təmizlədikdən sonra uşağa verməsi daha çox yararlı olar. Bu yolla körpənin bədənindəki mikrobların inkişafı sürətləndirilir və allergiya riski azalır.

Mütəxəssislər bədəndəki mikrobları immunitet, autizm, allergiya, otoimmunitet, ruh halı və mərkəzi sinir sisteminin inkişafı ilə əlaqələndirirlər. Mikroblarla tanış olmaq terapiyası doğulduğumuz andan etibarən başlayır. Təbii doğuş nəticəsində dünyaya gələn körpələrdə qeysəriyyə ilə dünyaya gələn uşaqlara nisbətən daha az allergiya müşahidə edilir. Buna ilk andan etbarən mikroblu mühitlə tanış olmağın təsir etdiyi deyilir.

Əllər necə yuyulmalıdır?

Həddən artıq təmizlik səbəbindən xoşniyyətli mikroblarla tanış olmaq şansımız getdikcə azalır. Lakin xəstəliyə səbəb olan bakteriyalardan qorunmaq istədiyimiz halda xoşniyyətli bakteriyalarla tanış olmaq necə mümkün olacaq? Mütəxəssislər əl yumaq kimi təməl prinsiplərə riayət etməyin lazım olduğunu deyirlər. İnsanlar arasındakı keçici xəstəliklərin ən əhəmiyyətli səbəbi kirli əllərdir. Əlləri təmizləmək isə nə qədər uzun vaxtla deyil, nə qədər yaxşı yuyulmaqla bağlıdır. Bunun üçün əl ən azı 15 saniyə müddətində sabunla yuyulmalı və sonra axar suyun altında yaxşıca durulanaraq qurulanmalıdır.

Lakin bədənin hər tərəfini bu formada yumaq lazım deyil. Mütəxəssislər həddən artıq təmizliyin zərərli orqanizmalara qarşı bədəni sağlam saxlayan mikroblu mühiti korladığını deyirlər. Misal üçün, hər gün uzun müddət duş altında qalmaq yararlı bakteriyaları təmizləyir. Bundansa bədənin intim və çox tərləyən yerlərinin yuyulması və alt paltarlarının hər gün dəyişdirilməsi məsləhət görülür.

Mənzilinizi zərərli bakteriyalardan qorumaq üçünsə həftədə bir dəfə başdan-ayağa təmizləmək əvəzinə, günlük həyat tərzinizin bir hissəsi kimi lazım olan təmizlik işlərini görmək kifayətdir. Misal üçün, mətbəxdə üzərində tərəvəz doğradığınız taxta parçasını yeməkdən sonra yuya bilərsiniz. Lakin həmin taxta parçası üzərində çiy balıq, toyuq kimi qidalar doğranıbsa, bunu elə həmin an yuyub təmizləyin.

Dəsmallarınızı heç kimlə paylaşmayın

Xəstəxanalarda aparılan araşdırmalar sübut edib ki, mikrob və viruslar yataq örtükləri və dəsmallarla asanlıqla yayılır. Mütəxəssislər bu əşyaların evdə həftədə bir dəfə dəyişdirilməsini, dəsmal kimi şəxsi təmizlik vasitəsinin isə heç kimlə paylaşılmamasını məsləhət görürlər. Dəsmallar 60 dərəcədə yuyulmalıdır.


Xəbəri paylaş

7428 dəfə oxunub.

Digər xəbərlər
21-04-2016, 12:36 Lavrov Ermənistana gedir

bütün xəbərlər
____ Instagram ___