Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İtkin düşən neftçiləri 7 vertolyot axtarır
Tarix: 06-12-2015 | Saat: 16:20
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər

İtkin düşən neftçiləri 7 vertolyot axtarır
İtən neftçilərin axtarışına Sərhəd qoşunlarının 3, Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 vertolyotu cəlb olunub.

Xəbəraz.az -ın Trend-ə istinadən məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov mətbuat konfransında deyib.

X.Məmmədov bildirib ki, axtarış və xilasetmə işlərinə eləcə də bütün müvafiq strukturlar, gəmilər, sərhəd qoşunları və FHN cəlb edilib: "SOCAR Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfinə də müraciət etmişik. Belə ki, itən neftçilərin cəsədləri güclü axına görə bu ölkələrin sektoruna düşə bilər".

X.Məmmədov bildirib ki, yanğın nəticəsində həlak olmuş Zaur Həsənovun cənazəsi ailəsinə təhfil verilib.

X.Məmmədov qeyd ki, yanğın baş verən platformadan 33 nəfər xilas edilib, 1 nəfərin cənazəsi çıxarılıb və 29 nəfər itkin düşmüş insanın axtarışları davam edir: "Yanğının söndürülməsi işləri də davam etdirir. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Xilasetmə Xidmətinin gəmiləri yanğının söndürülməsi işlərini davam etdirir. Artıq gəmilər platformaya yaxınlaşa bilib. Eyni zamanda gəmilər sahil boyu ərazilərdə vizual müşahidələr aparılır".

Həmçinin qeyd olunub ki, xilasetmə işi aparan helikopterlərdən biri platformanın 40 km-də əşyalar müşahidə edib və həmin əraziyə xilasetmə qüvvələri göndərilib.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___