Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəlilabadda yanacaqdoldurma məntəqəsində bıçaqlanma: 2 yaralı
Tarix: 01-12-2015 | Saat: 09:01
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

Cəlilabadda yanacaqdoldurma məntəqəsində bıçaqlanma: 2 yaralı
Cəlilabad rayonunun iki sakini bir qrup şəxsin hücumuna məruz qalıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 30-da günorta saatlarında rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Rayonun Kazımabad kənd sakinləri, 29 yaşlı Namiq Malik oğlu Cabbarov və 25 yaşlı Ramal Zakir oğlu Ağayev yanacaqdoldurma məntəqəsindən minik avtomobilləri üçün yanacaq götürərkən yaxınlıqdakı bir qrup şəxs onlara hücum edərək daş və küt alətlərlə, sonda isə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hər iki zərərçəkən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb, xuliqanlıq hadisəsini törətmiş şəxslərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___