Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yasamalda güclü partlayış: Ölən var
Tarix: 30-11-2015 | Saat: 17:06
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Yasamalda güclü partlayış: Ölən var
FHN məlumat yaydı.

Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyadan ibarət kafedə maye qaz balonunun sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Xəbəraz.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində kafenin yanar konstruksiyaları və ona bitişik “Qeyri-standart avadanlıqları zavodu”nun istehsalat sexinin dam örtüyü 5 kv.m, tavan hissəsi 1 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsli Əhməd qızı Qasımovanın cəsədi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bitişik sexin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbəri paylaş

6908 dəfə oxunub.

Digər xəbərlər
25-02-2018, 13:53 Messidən daha iki rekord

bütün xəbərlər
____ Instagram ___