Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadın iki azyaşlı uşağını səkkizinci mərtəbədən atdı
Tarix: 28-11-2015 | Saat: 20:05
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Qadın iki azyaşlı uşağını səkkizinci mərtəbədən atdı


Ailə Azərbaycandan İrkutska köçüb.

İrkutskun 32 yaşlı sakini 2 və 4 yaşlı uşaqlarını yaşayış binasının 8-ci mərtəbəsindən atıb. Daha sonra isə intihar edib. Bu barədə TASS-a İrkustk vilayətinin Daxili İşlər Nazirliyinin idarəsindən bildiriblər.

Oxu.Az xəbər verir ki, uşaqlardan biri ölüb, digəri isə ağır vəziyyətdədir.

“Uşaqlardan biri İvano-Matreninski uşaq kliniki xəstəxanasının reanimasiya şöbəsində ölüb. Həkimlər ikinci uşağın həyatını xilas etmək üçün əllərindən gələni edirlər. O, çox ağır vəziyyətdədir”, - İrkutsk vilayətinin Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Rusiyanın İstintaq Komitəsinin İstintaq idarəsinin ilkin versiyasına görə, qadının psixi vəziyyəti normal olub.

“İntihar edən qadın psixi-nevroloji dispanserdə qeydiyyatda olmayıb, heç bir xəstəlikdən əziyyət çəkməyib”, İK İD nümayəndəsi TASS-ın müxbirinə bildirib.

İstintaqın məlumatına əsasən, o, bir neçə gün bundan öncə bronxitdən müalicə alan kiçik oğlu ilə bərabər xəstəxanadan çıxıb.

“İndi müstəntiqlər uşaqların atasını dindirirlər. Onun sözlərinə görə, ailədə mübahisə olmayıb. Kişi baş verənlərdən şoka düşüb və arvadının hərəkətinin səbəbini anlaya bilmir”, - agentliyin həmsöhbəti bildirib.

“Komsomolskaya pravda” ailənin yaxınlarına istinadən dəfn mərasiminin Azərbaycanda baş tutacağı barədə məlumat yayıb. Ailə İrkutska 2011-ci ildə toylarından sonra gəliblər.

Müstəntiqlər baş verənlərin səbəblərini araşdırmağa davam edirlər.


Xəbəri paylaş

7218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___