Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rozanın "Youtube" kanalına hücum edildi:"Aygündən şübhələndim"
Tarix: 28-11-2015 | Saat: 00:09
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Rozanın "Youtube" kanalına hücum edildi:"Aygündən şübhələndim"
Müğənni Roza Zərgərlinin “YouTube” kanalına haker hücumu olub.

Müğənninin sözügedən video portalda 2 kanalı olub. “RozaZergerli” adlı kanalda müğənninin bütün klipləri, çıxdığı verilişlərdə ifa etdiyi mahnılar, “RozaZergerliTV” adlı kanalda isə telekanallara verdiyi müsahibələr və çıxdığı verilişlər yer alıb.

Eyni gündə sənətçinin kliplərinin yer aldığı kanalla bağlı 5 şikayət daxil olub və silinib.

R.Zərgərli açıqlamasında “Qəmli nağıl” klipi ətrafında yaranan qalmaqala toxunub. O, ilk vaxtlar son günlər küsülü olduğu xalq artisti Aygün Kazımovadan şübhələndiyini bildirib:

“İlk vaxtlar bunu onun etməsindən şübhələndim. Bir neçə həftədir bütün vaxtımı bu işə ayırmışam. Və bunu edən şəxsin kimliyi məlum olub. Həmin şəxsin ev ünvanına kimi əlimdədir. Hansı ünvandan şikayət olunubsa, hamısını biləcəksiniz”.

R.Zərgərli media nümayəndələri ilə görüş keçirib, bütün faktları açıqlayacağını deyib.

Qeyd edək ki, R.Zərgərlinin "Əgər mənim klipim erotikdirsə, o zaman bəzi müğənnilərimizin klipi pornoqrafiyadır. Aygün Kazımova klipində Snup Doqun qucağında oturub, o, pornoqrafiya deyil? Sadəcə mənim adımı hər yerdə çox hallandırmağı xoşlayırlar" sözləri A.Kazımovanın xoşuna gəlməmişdi. Xalq artisti ifaçının ünvanına "şıntıramella" kəlməsini işlətmişdi.Deyer.az


Xəbəri paylaş

8998 dəfə oxunub.

Digər xəbərlər
21-05-2018, 10:18 Beyonse kilsə aldı

bütün xəbərlər
____ Instagram ___