Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq... – FOTO
Tarix: 27-11-2015 | Saat: 22:22
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

“Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq... – FOTO
Məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elnur Hümbətovun (1986-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Xəbəraz.az Oxu.Az-a istinadən xəbər verir ki, bu il mayın 5-nə keçən gecə Səbail rayonunun R.Rza küçəsindəki 4 saylı evin 46№i mənzilində Elnur Hümbətov qısqanclıq zəminində İlahə Ağayevaya (1989-cu il təv.) bıçaqla üzək nahiyyəsindən xəsarətlər yetirərək, onu qətlə yetirib.

Həmin gün şübhəli şəxs Səbail RPİ 39-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Dindirmə zamanı Elnur Hümbətov ifadəsində İlahə ilə "Odnoklassniki" sosial şəbəkəsində tanış olduğunu bildirib. Bir müddətdən sonra onların münasibətləri virtual aləmdən real həyata keçib. Görüş zamanı Elnur öyrənib ki, İlahə ona qədər başqa oğlanlarla da görüşüb, lakin bundan sonra yalnız onunla görüşəcəyinə söz verib.

Günlərin birində Ağayeva ona iş tapdığını və bununla bağlı həmin adamla görüşməli olduğunu deyib. Görüş günü Elnur qıza zəng edərkən İlahə, hazırda vaxtı olmadığını və onunla özü əlaqə saxlayacağını bildirib.

Bu müddət ərzində Elnur bir neçə dəfə zəng vursa da, İlahə zənglərə cavab verməyib, sonra isə o qıza mesaj yazaraq evlərinə gəldiyini deyib. İlahə isə cavabında işi qurtaran kimi, ona zəng vuracağını yazıb. Bu yazışmadan sonra Elnur İlahəgilin həyətinə gələrək qızı gözləyib.

Xeyli sonra Ağayeva həyətə görüşdüyü şəxsin maşını ilə gəlib. Elnur onu qarşılayıb və onlar birlikdə mənzilə qalxıblar. Söhbət əsnasında İlahə Elnura deyib ki, 15 gün restoranda işləyəcək, qalan 15 günü isə iş sahibinin evində qalacaq.

Bu şərtləri eşidən Hümbətov Ağayeva ilə mübahisə etməyə başlayıb. O, mətbəxdə olan məişət-təsərrüfat təyinatlı bıçağı götürərək qıza çoxsaylı zərbələr endirib və sonra mənzili tərk edib. İlahə Ağayeva kəskin qanitirmədən dünyasını dəyişib.

Məhkəmə prosesində E.Hümbətov ittiham üzrə özünü təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xəbəri paylaş

1 4568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___