Tofiq Hacıyevin həyat yoldaşının vəziyyəti ağırlaşdı
Tarix: 27-11-2015 | Saat: 16:19
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Tofiq Hacıyevin həyat yoldaşının vəziyyəti ağırdır
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mərhum direktoru, akademik Tofiq Hacıyevin nəvəsi Modern.az saytına açıqlamasında bildirib ki, nənəsi Tamara Hacıyeva 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
“Hazırda xəstəxanadadır, vəziyyəti ağırdır, hələki ayılmayıb”.
Akademikin nəvəsi bildirib ki, Tofiq Hacıyev sabah dəfn olunacaq.
1 saylı Şəhər Klinik Xəstəxanasından Modern.az-a bildirilib ki, Tamara Hacıyevanın vəziyyəti ağırdır və hazırda reanimasiyadadır.
“Tamara Hacıyeva insult keçirib, reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanaya gələndən xəstəyə bütün tibbi yardımlar edilib, hələ özünə gəlməyib”.
Qeyd edək ki, bu gün akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək ölüb. Onun həyat yoldaşı Tamara Hacıyeva isə huşsuz vəziyyətdə taplıb. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.
Fövqəladə Hallar Nazirliyi hadisə haqda məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və həyat yoldaşı huşsuz vəziyyətdə aşkar edilib. Əməliyyat bu gün səhər saat 11:55-də başa çatıb.
Xəbəri paylaş
6378 dəfə oxunub.
Digər xəbərlər

24-06-2015, 23:06
Putindən Avropaya sərt cavab: 1 il uzadıldı
23-02-2016, 19:49
Su da bahalaşdı...
17-11-2020, 09:01
17 noyabr Milli Dirçəliş Günüdür
25-11-2016, 20:15
100 dəfə əməliyyat olunmuş qadın: "Daha da gözəl olacağam" - FOTO
4-11-2018, 12:04
"İndi kişiləşmişəm" - Zaurdan özü barədə gözlənilməz sözlər
18-11-2016, 17:48
Bakıda avtobus sürücüsü xəstə sərnişini döydü - VİDEO
10-12-2016, 12:13
İvanka Trampla qəhvə içmək istəyənlər - 50 min dollar ödəməlidilər
11-07-2015, 03:07
Sabirabad rayonunun Nərimankənd kəndində yanğın hadisəsi baş verib.
1-10-2016, 15:48
Bu adamları küçədə görsəniz, yaxınlaşın - Video
7-05-2017, 10:43
I və IV qruplar üzrə qəbul imtahanı başladı