“Rusiya Türkiyəyə qoyduğu tur qadağasından nələr itirəcək?
Tarix: 26-11-2015 | Saat: 22:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Xəbər verdiyimiz kimi, Rusiyanın Federal Turizm Agentliyi (Rosturizm) turizm operatorlarına terror təhdidi ilə əlaqədar turların satışını qadağan edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumata görə, Rosturizmin rəhbəri Oleq Safonov ölkənin bu qərardan heç bir ziyana düşməyəcəyini bildirib.
“Rosturizm Türkiyəyə turların satışına, vətəndaşların artıq Türkiyəyə səyahət etməyinə qadağa qoyub. Bundan heç kim narahat olmasın. Çünki hazırda istirahət mövsümü olmadığı üçün turizm agentliklərinə ziyan dəyməyəcək”, - deyə o, söyləyib.
O. Safonov Türkiyədə 10 min rusiyalının olduğunu, onların əksəriyyətinin dekabrın 7-dək, rusların ümumilikdə isə, il sonuna qədər ölkəyə qayıdacaqlarını da vurğulayıb:
“Bizim turistlər əsasən, Antaliyada, 6 nəfər isə İstanbulda yaşayır. Türkiyə ilə mövcud vəziyyət Rusiyaya turist axınını 40 faiz aşağı salacaq. Eyni zamanda, ölkədaxili turizm 30 faiz, turlar isə 16 faiz yüksələcək”.
Qeyd edək ki, indiyədək Rusiyadan Türkiyəyə 5000-ə qədər tur paketi satılıb.
Rusiyadan Türkiyəyə turların satışına qadağanın qoyulmasına səbəb Rusiyaya məxsus Su-24 bombardmançısının Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulmasıdır.
Xəbəri paylaş
6508 dəfə oxunub.
Digər xəbərlər

17-03-2023, 14:00
Aşiq olanda, darıxanda, tək olanda vaxt dayanır - SÜBUT OLUNDU
24-12-2016, 22:46
GÜNEL MƏMMƏDOVA İLİN "BEST MODEL"İ SEÇİLDİ- “ZİRVƏ ZİYALILAR TƏŞKİLATI” MƏŞHURLARI BELƏ MÜKAFATLANDIRDI – FOTO
23-08-2015, 15:03
Dəyişən hava şəraitinə hazır olun
17-07-2015, 14:14
Gürcüstan-Azərbaycan sərhədində çaxnaşma
10-11-2015, 12:54
Abşeronda güclü partlayış: ata, ana və qızı yaralandı
7-05-2015, 19:41
Olimpiya Stadionunun Oyunları ilə bağlı sınaqdan keçiriləcək.