Keçmiş deputatın oğluna iş kəsildi
Tarix: 01-04-2015 | Saat: 19:00
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər
Hökm oxunub.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
xeberaz.az APA-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş İcra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Ş. Hüseynov dələduzluqda ittiham olunur.
Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində məhkəmə icraçısı işləyən, ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.
Ş.Hüseynov qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.
Şaiq Hüseynov keçmiş deputat, mərhum Şadman Hüseynovun oğludur.
Xəbəri paylaş
7228 dəfə oxunub.
Digər xəbərlər

2-01-2018, 16:39
Mal-qara otaran azyaşlı çayda boğulub
14-07-2015, 22:24
Qardaş qadındaki ürəyə bax qessab işleyir - VİDEO
28-06-2018, 15:49
Rusiya bu ölkədən çıxır: 1140 əsgər, 30 qırıcı geri qayıtdı
17-07-2018, 01:34
Ankarada partlayış: Yağ çəni...
12-04-2017, 10:18
Bakı Metropoliteni pulsuz olacaq - KİMLƏRƏ?
25-03-2017, 13:54
Azərbaycan içki idxalını 2 dəfə artırıb
30-10-2016, 10:53
Bakıda faciəvi şəkildə ölən qızlar dəfn edildi - FOTO
15-05-2016, 17:18
Zakir Həsənov gürcü həmkarı ilə görüşdü
3-05-2016, 20:48
Tərtərdə partlamamış top mərmisi tapıldı
16-01-2016, 17:34
Son manatınızı dollara çevirməyin, banklara xeyir verirsiniz