Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrandan Azərbaycana 2 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alındı
Tarix: 01-04-2015 | Saat: 13:38
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

İrandan Azərbaycana 2 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alındı
Hər iki faktla bağlı araşdırma aparılır.

Astara Gömrük İdarəsinin əməkdaşları 1 kiloqram 830 qram narkotik vasitə olan heroinin ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Oxu.Az Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, Astara Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı Əhmədova Pərvanə Ədahil qızı saxlanılıb və ona məxsus əl yükünə gömrük baxışı keçirilib. Baxış zamanı əl yükündə üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 880 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Eyni üsuldan istifadə edərək ölkə ərazisinə narkotik vasitə keçirmək istəyən Azərbaycan Respublikasının vətəndaşı Piriyev İlqar Məhərrəməli oğlu da saxlanılıb. İlqar Piriyev piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində ona məxsus iki ədəd əl yükünə gömrük baxışı keçirilib. Gömrük nəzarəti zamanı üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində, gömrük nəzarətindən gizlədilən və xalis çəkisi 950 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

7568 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 13:23 Gey paradda atışma

bütün xəbərlər
____ Instagram ___