Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bel ağrılarından qurtulmaq üçün bunları edin
Tarix: 19-11-2015 | Saat: 13:05
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Bel ağrılarından qurtulmaq üçün bunları edin
Uzun müddət oturaq işləməyin, hərəkətsiz bir həyatın gətirdiyi sağlamlıq problemlərindən biri də bel ağrısıdır. Bu problem bir çox insanda rast gəlinir. Sizdə də bel ağrısı varsa və ondan qurtulmaq istəyirsinizsə, Aile.lent.az-ın bu yazısını oxuyun.

Ofisdə nələr edilə bilər?

Gün ərzində ofisdə və evdə ediləcək kiçik qaydalarla bel və boyun ağrılarından qoruna bilərsiniz.

Baxdığınız insana, əşyaya və ya səmtə doğru bədən tam olaraq dönməlidir. Baş, boyun və gövdə eyni səmtə bütünlüklə (yəni sadəcə başı, ya başla birgə bədənin üst qismini döndərmək olmaz) dönməlidir. Əsasən kompüter istifadə edilərkən ekran göz səviyyəsində olmalıdır.

Uzun müddət eyni vəziyyətdə qalmaq olmaz. Oturmaq və ayaqü stə qalmaq müddəti 45 dəqiqəni keçməməlidir. 45 dəqiqə ayaq üstə qalmısınızsa, 5 dəqiqə oturmalı, 45 dəqiqə oturmusunuzsa, 5 dəqiqə də ayaq üstə qalmalısınız.

Oturanda beli dəstəkləyən yastıq istifadə etməyi vərdişə çevirin.

Nəsə oxuyarkən boyunu irəliyə həddən çox əymək boyun sağlamlığı üçün olduqca zərərlidir. Uzun müddət kitab oxuyarkən boyunu bükərək deyil, kitab yüksəkliyini uyğun bir səviyyədə tutaraq göz hərəkətləri ilə oxumalısınız.

Yerlə əlaqəli olan işlərdə yerə əyilərək deyil, çömbələrək işləri görün.

Bel və boyun bölgəsini tərli qalmaqdan və küləkdən qoruyun. Kondisioner və küləyin birbaşa ora vurmasının qarşısını alın.


Yatış şəkli vacibdir

Yatarkən və qalxarkən riayət ediləcək qaydalar bel və boyun ağrılarından qorunmaq üçün olduqca vacibdir. Ortopedik yataq istifadə edin. Yatarkən yatağın kənarında oturmaq, daha sonra qollardan dəstək alaraq əvvəlcə yan ardından kürəyi üstə dönmək yarana biləcək bel ağrılarını əngəlləməkdə kömək edəcək.

Yatarkən önə doğru bükülərək ayaqları qarına doğru çəkib yatmaq sağlamlıq baxımından ən uyğun yatış vəziyyətidir.

Üzüstə yatmaq yerinə yan üstə yatın. Boyun sağlığı üçün quş tükü kimi maddələrdən hazırlanmış yastıqlar yerinə ortopedik yastıqlar istifadə edin.


Bu idman növləri sizi bel yırtığından qoruyacaq:

Ofis şəraitində çalışanlar gün boyu bir neçə dəqiqə ayıraraq bel və boyun ağrılarından qurtulmaq üçün idman etməlidir.


5 saniyə aralıqlarla başı, çənəni sinəyə dəyəcək şəkildə önə əyin, sonra qaldırıb önə baxın və arxaya söykənin. Boyuna çox güc salmayın.

Sağ əli sağ qulağın üzərinə qoyun. Başı güclü şəkildə tərs istiqamətdə döndərin. 10 saniyə davam edən idmanın ardından eyni hərəkəti sol tərəf üçün də edin.

Onurğa düz, ayaq barmaqları tavanı göstərəcək şəkildə arxası üstə uzanıb kürəyi yerdən qaldırmadan boyunu qaldıraraq ayaq barmaqlarına baxın. 10 saniyə ərzində 10 dəfə edin.

Arxası üstə yerə uzanın. Bel və omba yerdən qaldırılaraq 5 saniyə havada saxlayın. 10 dəfə təkrar edin.


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
19-02-2018, 12:41 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___