Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ
Tarix: 19-11-2015 | Saat: 11:15
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ
“Mən tacı qazanacağımı düşünmürdüm”.

Yəqin ki, “Yarımdünya” filmində, hansısa dərginin üz qabığında, reklam çarxlarında və afişalarında, maraqlı fotolayihələrdə Gülsara adlı xanımın cazibədarlığı diqqətinizi çəkib.



həmin şarmlı xanım, “Miss Azerbaijan-1997”nin qalibi Gülsara Rzayeva ilə müsahibəni təqdim edir:

- Əvvəlcə oxucularımıza öz haqqınızda məlumat verin...

- Adım Gülsaradır, mehribanam, ağıllıyam, istedadlıyam və s.

- Necə oldu ki Ziynet Sali ilə birlikdə duet ifa edib, klip çəkdirmək təklifini aldınız?


- Əslində hər şey #FollowMeToİnstagram layihəsinin təsisçiləri Nataliya və Murad Osmana hədiyyə etmək istəyimdən başladı. Mahnının musiqisi İsa Məlikova, sözləri mənə məxsusdur. Bəstə məhəbbət və bu yolda rast gəlinən maneələri aşmaqdan bəhs edir. Nəqarət “Follow Me” sözləri ilə aktual alındı. Promonu müğənni Ziynet Sali eşitdi və bu layihədə iştirak üçün maraqlandı. Klip İstanbulda çəkilib, rejissor Nihat Odabaşıdır.



- Bildiyim qədərilə aktrisa və modellikdən başqa biznes ledi kimi də fəaliyyət göstərirsiniz. Sirr deyilsə, hansı bizneslə məşğul olursunuz? Sadaladıqlarımdan əlavə çalışdığınız digər bir sahə də varmı?

- Düzünü desəm, biznesin qadın işi olmadığını düşünürəm, qadın gözəllik, məhəbbət bəxş etməli, ailəsi və uşaqları ilə məşğul olmalıdır. Mən model kimi çalışmıram, bu, sadəcə hobbidir. Mənim çoxlu istedadlı dizayner dostlarım var və biz tez-tez bir yerdə foto və video layihələr yaradırıq.



Mən Nyu-Yorkda Teatr Akademiyasında oxumuşam, Amerikanın kinoaktyorları gildiyasına daxiləm. Azərbaycanda Osman Albayrağın və Tural Əsədovun “Yarımdünya” filmində çəkilmişəm, amma bu da hobbidir. Çox zaman film və seriallara çəkilməkdən imtina edirəm, belə ki, təklif olunan ssenari və süjetlər xoşuma gəlmir.

- Azərbaycanda model olmaq çox çətindir?

- Bilmirəm, mən model deyiləm.

- Axı siz ilk dəfə model kimi tanınmağa başlamısınız. “Miss Azerbaijan-1997”nin qalibi olmusunuz...

- Bəli, belə şey olub. 16 yaşımda Amerikadakı məktəbdən Azərbaycana tətilə qayıtdım, məni təşkilatçılar gördülər və “Miss Azerbaijan” müsabiqəsində iştirak etməyə dəvət etdilər. Mən tacı qazanacağımı düşünmürdüm. Maraqlı idi, amma model olmağa hazırlaşmırdım, tətil bitən kimi yenidən oxumağa getdim.



Bəli, mən fotolayihələrdə iştirak edirəm, reklamlarda çəkilirəm, podiumlara çıxıram, amma bu mənim peşəm deyil, mən yalnız mənə maraqlı olan layihələrdə çalışıram. Bu, hobbidir.

- Hazırda hansı yeni film və seriala çəkilirsiniz?

- Son layihə “Cosmopolitan” jurnalının oktyabr-noyabr buraxılışının üz qabığında yer almağım idi. Bildiyiniz kimi “Cosmopolitan” məşhur beynəlxalq jurnalın françayzinqidir və orada çəkilməyə dəvət almaq çox maraqlı idi.

- Cazibədar xanımsınız, xüsusi gözəllik düsturunuz varmı?

- Xüsusi düsturum yoxdur, təbiiliyə üstünlük verirəm, daha az kosmetikadan istifadə edirəm. Özünəməxsusluğu silib hansısa stereotiplərə, ikonalara riayət etməyi sevmirəm. Trendlərə də riayət etməyi sevmirəm, o zaman hamı bir-birinə bənzəyir.



- Həm sənətdə, həm də gündəlik həyatda çox ehtiraslı və sərbəst xanım olduğunuzu gizlədə bilmirsiniz. Bəlkə də heç lazım da deyil gizlətmək...

- Düzünü desəm, şəkillərdə ehtiraslı düşürəm, həyatda isə deyərdim ki, əksinə, çox sakitəm, hətta soyuqqanlıyam. Azadlıq təbii ruhdur, mən hər zaman lazım bildiyimi edirəm, məsləhət və moizələri sevmirəm.



- Elə günah və ya səhv var ki, onu bağışlamaq olmasın?

- Xəyanəti unutmaq lazım deyil. Xəyanətə alçaqlar qadirdir, onlara vaxt sərf etməyin. Onlar onsuz da məhkumdurlar, çünki vicdanları onları içəridən yeyib məhv edəcək.

- Həyatı boyu arasıkəsilmədən çətinlik və bədbəxtliklə üzləşən insan özünü necə motivasiya etməlidir?

- Hər şey yaxşı olacaq, əgər belə olmayıbsa, demək bu, son deyil. Sonda hər şey yaxşı olacaq.



- Hər bir insan ömründə bir dəfə də olsa yaxınından, dostundan, qohumundan zərbə alır. Bəs siz həmin vəziyyəti sonradan necə yoluna qoya bilmisiniz?

- Mən çıxış yolu axtarmıram, sadəcə yaşamağa davam edirəm. Sənə zərbə vuran və ya xəyanət edən isə öz cəzasını tapacaq, bu, onun problemidir. Oxu.Az
Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ
Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ
Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ
Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ
Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ
Gülsara: Şəkillərdə ehtiraslı görünürəm – MÜSAHİBƏ



9698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___